Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
60 страница из 129
Atası – oğluna – arvadına: bunları dinləməyin yalançı moşenniklərdilər, keçin evə, əsəblə evə getdi. Sərdar dərindən – dərindən nəfəs aldı, anlamışdı Aylının yoxa çıxmasında, atasının əli vardır. Fazil şərəfsizinin işi deyildi bu dəfə. Özünü pis hiss etdi, yıxılmamaqçün əlini atdı, tez Ramiz qolundan tutudu ki, yıxılmasın. Sərdar nəfəsini zorla alırdı, – anasına: ərinizə deyin, Aylının yerini desin mənə. Ümid qabağa gəlib, Sərdarın ağzından bir yumuruq vurdu. Ramiz Sərdarı tutdu yıxılmasın.
Ramiz – Ümidə: əllə – qolla hərəkət edəcəyinə, hələ gec deyil bacını qurtar atandan. Anası bu sözü duyub, pərt baxdı. Anası – Ümidə: bacınımı? oğlum bunlar nə deyirlər?
Ümid – anasına: atamı duymadınmı? moşenniklərdilər bunlar, Aylın qarışıq. Bizim ailə arxivimizə girmişlər, Aylın özünü bizim qızınmız kimi qələmə vermiş və pul qopartmağa çalışır, başqa heçnə. Anası əlini sinəsinə tutub, həyəcanla baxdı. Arvat – Sərdara: aman Allahım, günah deyilmi? belə yalan deyib, necə başqalarının hissləriylə oynaya bilirsiniz? mənim illər qabaq ölmüş. Mənim qızımı rahat qoyun, rədd olun burdan, ağladı.