Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
55 страница из 129
Aylın dəsmalı suda nəmlədib sıxaraq, – oğlana: borcum kimsəyə yoxdur. Ancaq problemim nə qədər desən var. Oğlan cibindən siqaret çıxarıb yandırıb çəkdi, Aylına baxıb nə isə fikirləşdi. Aylın heç olara baxmadan, dəsmalla qanını silirdi.
Sərdarla Ramiz kameralara düşmüş, şirkətə usta kimi girib Aylını qaçıran oğlana baxırdılar. Sərdar telefonda Aylının babasıyla danışırdı, bir əliylə başını tutub ona olanları anlatırdı. Cəmilə qorxmuş, ülkək baxışlarla baxırdı olara. Sərdar telefonu cibnə qoyub – Ramizə: Aylının telefonunu atmışlar, yerini telefonuyla izləməsi mümkün deyilmiş. Ramiz əsəbləşib bağırıb, yumuruqlarını masaya vurdu. Ramiz – Sərdara: kim etdi bunu, Fazil şərəfsizimi? Cəmilənin yanlarında olmasına məhəl qoymadan, Ramizin bu sözü deməsinə görə baxdı. Sərdar – Cəmiləyə: Fazil bəy tanıdığınız kimi birisi deyil Cəmilə, bunu sizə indi anlatmağa vaxtım yoxdur. Bacarsan, burda olanları sirr olaraq saxla ki, sənində həyatın təhlükədə olmasın, tamammı?
Cəmilə – Sərdara: Sərdar bəy, mən Aylın xanımı çox istəyirəm. Ona bir şey olmasın, məndən söz çıxmaz narahat olmayın. Sərdar – Ramizə: məncə bu Fazilin işi deyil, təxmin edirəm kimdir, gəl mənimlə. Tez qaçaraq şirkətdən çıxdılar. Cəmilə kövrəldi, keçib əyləşib öz – özünə: aman Allahım sən qoru.