Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
57 страница из 129
Aylının gözləri bi ixtiyar doldu, ağlamamaqçün özünü zor tuturdu. Gərçəkdən nə qəribə durum deyildimi? qarşısında doğmaca qızının olduğunu, necə hiss edə bilmirdi ürəyi. Aylın yavaş səslə öz – özünə: qarşımda anam olsaydı, bəlkədə ürəyi hiss edərdi qızı olduğumu.
Atası şüphəli baxışlarla baxaraq, – Aylına: sən mənə başqa çarə buraxmadın, bağışla ailəmi qorumalıyam. Aylın – atasına: mən sənə halal edirəm canımı, qanımı, sonunda yad deyilik Rəhim bəy. Atası dahada əsəbləşdi, saatına baxdıb -yanındakılara: ikki saatdan sizə zəng etməsəm, bitirin işini. Getmək istəyirdi, – atasına: düz qərar verdiyinçün təşəkkür edirəm, çalış zəng etmə, oğluna yoldaşına yaxşı bax. Atası çox çətin qərar vermişdi, özüdə pis olmuşdu.
İki saatdan, anldınızmı? tez getdi ordan, artıq cavab vermədi Aylına. Aylın qolundakı saata baxıb, dərindən nəfəs aldı. Kənarda dayanıb özünə baxan – oğlana: mənə bir qələm, kağız verərsənmi? bir məktub yazacam. Mən öldükdən sonra, məktubu dediyim adama çatdırmanı istəyirəm. Oğlan sakitçcə söz demədən, gedib kağız – qələm gətirib verdi. Aylın götürüb təşəkkür etdi, hamı bir qəribə baxırdı. Aylının qorxmadan, qaçmağa cürəət etmədən, ölümünə razılaşmasına. Oğlan peşman – peşman kənarda dayanıb baxırdı. Aylın nə isə yazırdı kağıza, sanki tələsirdi qorxurdu! yazısını bitirmədən ölüm vaxtı çatardı.