Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
62 страница из 129
Ümid artıq anladı ata – anasının üz ifadələrindən, Aylın gərçəkdəndə doğma bacısı idi, çox üzüldü. Ümid – atasına: ata bacımın harda olduğunu bilirsənmi? yaxınlaşıb hələdə keyikib qalmış atasının çiynindən tutub sirkələdi. Umid – atasına: ata məni duyursanmı? cavab ver. Atası şokdan ayılmağa çalışdı, tez qolundakı saatına baxdı. Birdən xatırladı, yol gələrkən zəng etməməkçün telefonun maşının aynasında yola atmışdı, öz – özünə: yox mən qızımın qatili ola bilmərəm. Allahım bunu mənə yaşatma, tez maşına tərəf qaçıb bağırdı! qapıları açın. Atasının arxasınça Ümid qaçıb, öz maşınına əyləşdi. Ramiz yerdə düşüb qalmış Sərdarı qaldırıb, – Ümidə: gözlə dur getmə, tez maşına tərəf apardı. Sərdarı otuzdurub yanına əyləşdi, qapnı örtüb – Ümidə: bas qaza atanın ardınca bağırdı!
Ümid maşının qazına basaraq, süəətlə həyətdən çıxdı atasının ardınca.
Nicatın heçnədən xəbəri yox idi, kefi yaxşı idi, Aylın axşam gələcəkdi söz vermişdi. Xalası əlində sinidə çaylarla gəldi, – Nicata: oğlum sənin gizlin qaçmana əsəbləşsəmdə, artıq rahat olduğunu görməyim ürəyimə rahatlıq verdi. Nicat xalasına çayları qoymağa yardım edib, üzündən öpüb əyləşdi. Telefonunu götürüb Aylına mesaj atdı, mesajın çatmadığını görüncə öz – özünə: telefonunun enirjisimi bitdi?