Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
1 страница из 127
Günahsız günahkar
Roman. Hissə – 4
Fatma Axmed kızı Nabieva
© Fatma Axmed kızı Nabieva, 2021
ISBN 978-5-0055-1735-7 (т. 4)
ISBN 978-5-0055-1727-2
Создано в интеллектуальной издательской системе Ridero
Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.
Fatma Nabieva
Nicat maşını idarə edirdi, dodağı – üzü əllərinin üstü qanamışdı. Aylın Nicatın Ramizi döyməyindən razı qalmışdı, Nicatın mərdliyi və tərbiyəsi Aylına qürur verirdi. Nicatdan soruşmadı yol boyunca canın acıyırmı deyə, maşının yan şüşəsindən dışarı baxdığında, Nicatın əksini görürdü. Nicat sakit görünürdü, Ramizin kimi kinli bir hali yoxdu. Nicat Aylına qarşı, Ramizdən dəfələrlə mərəfətli olduğunu sübut etmişdi. Uşaqda sakit oturmuşdu Aylının qucağında. Nicat tez – tez güzgüdən uşağa – Aylına baxırdı, Aylının dışarı baxmasından anlamışdı, Ramizə həddini bildirməsindən çox razı idi. Nicata Aylının bu haq davranışı qürur verirdi, belə qürur hissini heç doğma atasından hiss etməmişdi. Özünü qandığından birinci xöşbəxt hissi idi Aylından alırdı, maşının sürəətini artırıb yoluna davam etidi.