Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
2 страница из 127
Dilqəm Ramizi evə gətirmişdi, həkim yoxlayıb çıxdı otaqdan. Əlindəki yazılı kağızı uzadıb – Dilqəmə: burda yazdıqlarımı edin əzikləri tez sağalsın. Dilqəm kağızı alıb təşəkkür etdi, həkim getdi. Dilqəm həkimi ötürməkçün getdi ardınca.
Ramizin başı üstündə Bahar xalası oturmuşdu ah çəkə – çəkə, Dilqəmdə qayıtdı tezliklə otağa. Ramizə sakitləşdirici iynə vurmuşdu, təsirindən gözlərini yumub yuxuya gedirdi. Bahar anası əliylə ağzını tutub səssiz – səssiz ağladı Ramizin başı üstə. Dilqəmin ürəyi parçalanırdı anasının ağladığını gördükdə, gəlib Ramizin yanında oturub baxdı, Ramizin üz – gözündə sağ yer qalmamışdı, anası ayağa durub çıxdı otaqdan gözləri yaşlı. Dilqəm öz – özünə: Allah mənim cəzamı versin, lənət olsun, Ramizə yardım etmədiyinə çox üzülürdü. Ancaq yardım etsəydi, Aylınla birlikdə sevgilisi Nazlınıda itirə bilərdi. Nicat Nazlıya qardaş sayılırdı, işdən getdiyindən göz yaşları qurumurdu Nicatın ardınca. Dilqəm Ramizin alnını sığalllayıb baxdı yaşarmış gözləriylə, qardaşı dediyinin bu günə düşməsinə yanırdı, qalmışdı ortalıqda çarəsiz.