Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
5 страница из 127
Beləcə bir həftə keçdi, Nicat evə gəlib Aylını səslədi, Aylın xanım, Sərdar bəy hardasınız? Aylın qucağında uşaqla gəldi. Aylın – Nicata: burdayıq əmisi, Nicat gəlib uşağı götürüb öpüb keçib əyləşdi, aslanım gözəl xəbərim var anana. Nicat Aylına baxdı, Aylında gəlib əyləşdi – Aylına: yeni işimizçün uyğun bir yer tapdım canım. Aylın – Nicata: xeyirli uğurlu olsun əmisi, çox gözəl. Nicat – Aylına: mən bəyəndim baxdım, ancaq sənində baxman lazımdır, xoşuna gəlməsə başqa yerə baxarıq. Aylın – Nicata: gərək yox dostum, sən bəyənmişsən yetər, içinə lazım olan hər şeyi sifariş et sabahdan. Aylının özünə olan etibarına Nicat çox sevinirdi, – Aylına: mən sabahdan hər şeyi təşkil edəcəm, sənin istədiyin kimi olacaq şirkətimizin və hər şeyi. Səni bilirəm artıq, çalışdıq birlikdə xasiyyətinə bələdəm. Aylın ayağa qalxıb – Nicata: o zaman hadi yeməyə, Nicat – uşağa: gedək aslanım işimiz çoxdur, yeməyimizi yeyək və başlayaq. Ayağa qalxıb Aylının ardınca mətbəxtdə getdi qucağında uşaqla.
Nazlı işdən tez çıxmaqçün Dilqəmdən izin almağa otağa gəldi. Dilqəm anlamışdı Nazlının üzündən nə isə kefi yox idi, – Nazlıya: canım bir şeymi oldu? – Dilqəmə: mən bilmirəm necə deyim sənə. Dilqəm narahat oldu – Nazlıya: desənə canım üzməsənə ürəyimi. Nazlı dərindən nəfəsini alıb – Dilqəmə: mən bu gün evə tez getsəm olarmı? – Nazlıya: bir şeymi oldu canım? anan yaxşıdırmı? narahat olub ayağa qalxdı. Nazlı – Dilqəmə: yox – yox olmadı heçnə, yaxşıdı anam çox şükür. Sadəcə mən biraz özümü yaxşı hiss etmirəm halsızam, Dilqəm narahat oldu. Nazlıya yaxınlaşıb baxdı üzünə, canım sənin rəngində uçmuş, əlini alnına qoyub baxdı – Nazlıya: canım sənin atəşində var, niyə bu halda işə gəlmisən? gəl birinci həkimə, sonra evə. Nazlı – Dilqəmə: yox həkimə gərək keçər, yəqin soyuqlamışam narahat olma. Dilqəm Nazlını çox istəyirdi, yarpaq kimi əsirdi üstündə, – Nazlıya: narazılıq istəmirəm canım, nə deyirəm o da olacaq tamammı? masadan telefonunu açarlarını götürüb, Nazlının qolundan tutub apardı, gəl canım gedək. Nazlı istəmirdi həkimə egtsin, Dilqəm qolundan tutub apardığında, məcbur getməli oldu.