Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 3

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

3 страница из 127


Nicat duş alıb əynini dəyişib gəldi otağına, qapı döyüldü, Aylın əlində ilac qutusuyla içəri girdi. Nicat – Aylına: gərək yoxdur canım, Aylın gəlib Nicatın yatağında əyləşib, əliylə vuraraq gəl əyləş deyə işarə etdi. Nicat gəlib əyləşdi yanında, Aylın əlindəki pambıqla Nicatın dodağındakı – üzündəki yaralanmış yerləri yavaş – yavaş sildi. Nicat yarasına toxunduqca səssiz dayanırdı, canı acısada ofuldamırdı. Aylın pambıqı ilacla nəmlədib yaralarını silirdi, İkisidə susurdular danışmırdılar, çox oxşardılar Aylınla Nicat xasiyyətlərindən, soz demədən anlayırdılar biri – birilərini.

Aylın – Nicata: köynəyini çıxart, Nicat köynəyini çıxardı, bədənində qaralmış – göyərmiş yerlər vardı, Aylın gətirdiyi ilacı açıb, əzilmiş yerlərinə sürtdü yavaş – yavaş, Nicat unutmuşdu canının acısını. Aylının ona qayğı göstərməsindən çox xöşbət idi, Niatın tərbiyəsi tamam başqa idi, Aylının üzünə baxa bilmirdi əynində köynəksizdir deyə. Aylın ayağa qalxdı – Nicata: axşam yatanda birdə sürtərik, bir şeyin qalmaz yaxın 10 günə. Aylının zarafat etdiyini anladı, Nicat gülümsədi, Aylın ilacları götürüb otaqdan çıxdı. Nicat əyninə köynəyini geyinib, yerinə uzanıb düşündü, gülümsədi.

Правообладателям