Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
6 страница из 127
Ramiz Dilqəmlə rastlaşdı, Nazlının qolundan tutub apardığını görüb – olara: nə oldu? xeyir ola? Dilqəm – Ramizə: Nazlının atəşi var. Ramiz Dilqəmin ağzından söz çıxan kimi narahat oldu, nə? atəşinmi var? niyə deməmisən bizə? Ramiz yaxınlaşıb Nazlının alnına əlini qoyub baxdı. Sən yanırsan bacım, niyə belə halda gəmisən işə? həkimə gedirik bu dəqiqə. Ramiz Nazlını bacısı kimi çox istəyirdi, Aylında ondan gedəni həmişə yanında dayaq Nazlı vardı.
Dilqəm – Ramizə: qardaşım bir imkan vermədin sözümü bitirim, məndə onu həkimə götürürəm, sən qal şirkətdə mən aparıram. Ramiz razı olmadı, Nazlının qolundan tutub, – Dilqəmə: sən qal qardaşın aparacaq onu həkimə. Mən sənə xəbər edərəm narahat olma qardaşım, danışdıqmı? Nazlı ortada qalmışdı baxa, ikisinədə yox deyə bilməyəcəyi insanlardılar. Ramizin xətrinə dəymədi Dilqəm, tamam o zaman xəbər gözləyirəm sənədən, apar. Nazlını aparıb getdi Ramiz,
Nazlı gedərkən Dilqəmə elə baxdı ki, sanki son gedişiydi. Dilqəm Nazlının xəstələnməyini belə istəmirdi, Nazlının elə baxışları ürəyini göynətdı. Nədən ürəyi bu qədər narahat idi? kimdə olmur ki, sadəcə atəşi vardı, gülümsəyib, əl yellədi Nazlıya. Şirkətdən çıxıb getdilər, Dilqəm yerində donub qalmışdı baxa ardlarınca.