Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
126 страница из 127
Nicat ayağa qalxıb uşağı öpüb verdi, – Cansuya: mən çıxıram Aylının ardınca, yazıq yəqin üzülmüşdür tək qalmasın. Cansu uşağı alıb -Nicata: Nicat bəy kaşki sizə bildirə bilsəydim getdiyini tez. Nicat bir söz demədən getdi, Cansuda üzülmüşdü ən azından Aylın qədər. Sərdarı özünə sıxıb, gedək yeməyimizi yeyək biz, uşağı apardı mətbəxtdə.
Aylın kefsiz – kefsiz gəlib əyləşdi kimik bir kafedə, afisant gəlib – Aylına: nə buyurursunuz xanım? Aylın yavaş səslə – afisanta: acı qəhvə. Afisant – Aylına: bu dəqiqə xanım, getdi, Aylının bazar günü burnundan gəlmişdi. Fikirə dalıb gözlərini bir nöqtəyə zilləyib baxırdı.
Kiminsə arxadan səslədiyinə fikirdən ayıldı, Aylının qarşısına keçdi, gələn Fəda idi. Fəda – Aylına: nə təsadüf Aylın xanım. İcazə varmı əyləşməyimə? Aylın o qədər fikirli idi ki, bir anda Fədanı axlına toplaya bilmədi. Fəda – Aylına: tanımadınızmı? – Fədaya: yox tanıdım, buyurun əyləşin. Fəda keçib əyləşdi, afisant gəldi qəhvəni gətirib, Aylının önünə qoydu masaya. Afisant – Fədaya: siz nə buyurursunuz? – afisanta: xanıma gətirdiyindən. Afisant başıyla razılığını bildirib getdi. Aylının çox üzgün olduğunun anlamışdı. Fəda gülümsəyərək, – Aylına: mən bazarları evdən qaçıram, Aylın Fədaya baxdı. Fəda arxaya söykənib – Aylına: soruşmayacaqsanmı niyə? Aylın kefsiz-kefsiz, – Fədaya: atan acılayır, o üzdən. Fəda kənara baxıb gülümsədi, düz tapdın Aylın xanım. Siz kimdən qaçmısınız bəs? görünür sizdə mənim kimi özünüzü atmısınız evdən dışarı. Aylın- Fədaya: mən biraz, dayandı sözünün ardını demədi, elə sarsılmışdı ki olanlardan. Fəda anladı ciddi bir şey olanı, masaya dirsəklənib baxdı. Fəda – Aylına: siz çox üzgün görünürsünüz, qarşınızdakı acı qəhvədə, gününüzün yaxşı başlamamasına işarədir. Aylına zəng gəldi Nicatdan, telefona cavab verdi, (…) kafesindəyəm, telefonu söndürüb masaya qoydu.