Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 124

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

124 страница из 127


Beləcə bir ay keçdi, Aylın öz evinə qayıtmışdı. Nicat saat 3: 00 kimi gecə Aylının keşiyini çəkirdi maşınla gələrək. Aylın görürdü Nicatın gəlib – getdiyini. Cansuda artıq Aylınla birlikdə yaşayırdı, bazar günü idi. Aylın – Cansuya: mən birazdan gedəcəm, – Aylına: Aylın xanım çox yorulursunuz işdə, bu gün evdə qalıb dincəlsəydiniz. Aylın gülümsəyib, – Cansuya: mənim bir qıza baş çəkməyim lazımdır, haqqında sənə danışmışdım. Cansu – Aylına: ayy, atası dilənməyə məcbur edən qızamı gedirsən? Aylın dərindən nəfəs alaraq, hə gedim baxım şərəfsiz bulaşmamış ki. Cansu – Aylına: get Aylın xanım, sizin Allahım ürəyinizə görə versin inşallah. Aylın bu diləyə nə deyəcəyini bilmədi, çünki həmişə əksinə olurdu, amin Cansu, çümlətən inşallah. Oğlum sənə əmanət mən birazdan çıxcam, Aylın getdi otağına. Cansu keçib əyləşdi, Aylının necədə gözəl ürəkli bir insan olmasına heyran idi. Üzünün ifadəsindən hiss olunurdu, Canun Aylından çox razı qalması bəlli idi.

Aylın kimsəsiz və xəstə uşaqlara yardım edilən evə gəldi. Müdür qadın, Aylını mehribanlıqla qarşıladı – Aylına: sizi görməyimə çox şadam Aylın xanım, xoş gəldiniz. Aylın – müdürə: xoş günümüz olsun inşallah, əl verib görüşdülər. Müdür – Aylına: buyurun əyləşin, Aylın keçib əyləşdi. Sizə çay – qəhvə? Aylın təşəkkür etdi, sağolun heç biri. Mən gəldim baxım burda necədir vəziyyət, – Aylına: burda vəziyyət o qədərdə yaxşı deyil Aylın xanım. Vaxtı – vaxtında yardım olunmur, bəzi çətinliklərlə üzləşirik, ancaq uşaqların bir baş soxacaq yerləri vardır, çox şükür bunada. Aylın dərindən nəfəs alıb baxdı ətrafa, – müdürə: imkanları olanlar belə evlərə – uşaqlara yardım əllərini uzatsaydılar, dünya cənnətə bənzəyərdi. Müdür – Aylına: düz deyirsiniz, ancaq çox təssüflər olsun ki, dediyimiz kimi deyildir yaşadımız zaman. Aylın qızı görməkçün tələsirdi – müdürə: inşallah vaxt gələr, bir insan sizin bu evinizə yardım edər. Müdür gülümsəyərək, inşallah Aylın xanım, – müdürə: mən qızı görmək istəyirəm. Müdür yerində qurcalandı, müdürün bu halı Aylının heç xoşuna gəlmədi. Aylın – madürə: bir problemmi var? müdür əllərini ovuaraq, yox problem demək olmaz buna. Bilirsənmi Aylın xanım, Aylının ürəyi sıxılırdı müdür ağzından sözü çıxarınça, o qızı uzaq bir qohumlarından gəlib apardılar və biz söz deyə bilmədik. Aylının elə bil başına qaynar su tökdülər, nəə? onun heç kimi yox idi, siz nə danışırsınız? müdürün üzündən – gözlərindən nə isə gizlətdiyini anladı. Aylın – müdürə: demək ki siz o yazıq qızı yenə verdiniz əllərə, yazıqlar olsun sizə. Aylın əsəbləşib qalxdı ayağa, – müdürə: mən araşdıracam, heç rahat – rahat oturmayın kreslonuzda. Mən mütləq tapacam onu və sözünün ardını demədi, əsəblə çıxdı otaqdan.

Правообладателям