Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
122 страница из 127
Olanları ətraflı Dilqəm bilmişdi. Heç xoşuna gəlməmişdi Nazlının Aylını başqa çürə anlaması – davranması. Başını tutub oturmuşdu evdə, Ramiz gəldi yanında əyləşdi. Ramiz – Dilqəmə: bu Fəda kimdir? onu tapmalıyam, Dilqəm sakit dayandı dinmədi. Ramiz hələ özünə gəlməmişdi Fədanın ona etdiyindən sonra. Mən onu tapıb… edəcəm görəcək çaqqal gününü. Birdən Dilqəm bağırdı! Ramizə yetərrr, Ramiz baxdı. Dilqəmin gözləri qızarmışdı əsəbdən, – Ramizə: siz nə edirsiniz? de mənə nə edirsiniz. Nə istəyirsiniz Aylından, onun tanışlarından, dəlimi olmusuz? yetmədimi qardaşım başımıza gələnlər. Sən azmışsan kimi, Nazlıda başlamış ona qarşı xoşa gəlməz hərəkətlər etməyə, oğlum bir gözünüzü açıb baxsanız ətrafınıza. Aylın hər kəsçün canından keçir, Nazlının müalicəsiçün azmı yardım etdi? siz Nazlıyla nə qədərdə oxşarsınızmış. İnanın bu gün əvənizə çox utandım, Aylın haqda dediklərinizdən. Mən hələ özümə gələ bilmirəm, əl çəkin yazıqdan, rahat qoyun onu günahdır. Nazlıyla danışacam, əgər birdə dilindən Aylın haqda tərs bir söz duysam, o zaman hər şey bitəcək. Dilqəm ayağa qalxıb, getdi əsəblə. Ramiz bir anlıq Dilqəmin ardınca baxdı, ancaq yenə öz fikrində olanlardan əl çəkəcəyinə oxşamırdı, kinlə baxaraq nə isə düşündü.