Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
123 страница из 127
Aylında Afət xanımla söhbət edirdi, anam Nazlı artıq yaxşıdır şükürlər olsun, evimə dönmək istəyirəm icazənlə. Anasıda anlamışdı, qızının Aylına qarşı olan qısqanclığını. Tamam qızım bir şərtim var, məni tez – tez ziyarət edəcəksən. Aylın mehribanlıqla arvadın boynuna sarılıb, tamam anam söz gələcəm. Afətdə qucaqlayıb – Aylına: sənin qoxun burnumda titrəyir qızım, məni həsrət qoyma bu gözəl qoxuna. Aylın gülümsədi, ançcaq ürəyi göynədi, qoymaram söz verirəm.
Nicat gəldi Sərdarla qucağında, aslanım anasını özləmiş. Aylın qalxıb oğlunu qucağına alıb öpüb qucaqladı, canım oğlum. Afət kövrəldi – olara: mən sizə öyrəndim, çox darıxacam nəvəmçündə. Nicat xalasının halına üzülürdü, ancaq başqa çarə yox idi, mütləq getməliydi Aylın. Nicat xalasını qucaqlayıb, xalacan gələcəklər tez – tez, darıxmağa qoymayacaqlar səni. Elə deyilmi aslanım? uşaq Nicata baxdı anasının qucağından. Nicat – xalasına: aslanımda təsdiqələdi gələcəkmiş. Xalası Nicatın saçlarını oxşayaraq – Nicata: yaraşıqlı oğlum mənim, oları bura sən gətirəcəksən, yanlarından ayrılmayacaqsan. Niçat xalasına baxdı, Aylının başı uşağa qarışmışdı Nicat anladı xalası nə demək istəyirdi, dərindən nəfəs allıb, oğluyla oynayan – danışan Aylına baxdı.