Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
24 страница из 81
Arxadan arvadın səsi eşidildi kobutca yenədə sancdı, – Aylına: nə söhbət edəcəksinizmiş? Ramiz dönüb anasına baxdı. Anası yaxınlaşdı üzündən zəhər yağırdı sanki düşmən vardı evində, – olara: oturub boş – boş söhbət edincə xadimələrə kömək edəcək bacın qızı bu evdə, deyim bilin. Dayısıda acıqlandı arvadına, sən nə pis alçaq adamsan? mən sənə qızı nökərmi gətirmişəm ay vijdansız. Sən get özünkülərə əmir ver anladınmı? evində yetdik qədər xadimələr saxlayırsan, əlin ağdan – qaraya dəyməyib bu günə qədər azıb qudurmusan. Təqsir səndə deyil ee məndədir – məndə, insan sayaraq səhvə yol vermişəm səni qudurtmuşam başıma çıxarmışam. Belə boş qaldıqca, son zamanlar çənəndə boşaldı sahib çıxa bilmirsən qurumuş ağzına. Dayısı çox əsəbləşdi arvadının sözünə, arvad yenə susmadı – ərinə: eşitmədin məni getdin gətirdin bura bunu. Qarışmayacaqsan bu gündən işimə, onu mən tərbiyələndirəcəm nə deyirəm onuda edəcək. Ramiz anasına acıqlandı, sən nə danışırsan axlınımı itirmisən? nə deməkdir sən tərbiyələndirəcəksən. Aylın çox tərbiyəlidir, insan kimi oturub söhbət etsən şüphən olmazdı tərbiyəsindəndə, içini acıdan dərdindəndə. Sən istərsən zəhmət çəkmə, bibim çox gözəl tərbiyələndirmiş böyütmüş qızını. Arvad nifrətlə baxdı – Aylına: bu gün gəlib məni oğlumadamı tərs qoydun? Aylın nə deyəcəyini bilmədi, qalmışdı ortada baxa. Arvadın kobut sözləri elə təsir etmişdi ki yazığa, dayısını dahada üzməməkçün susurdu məcbur bir söz demədən, – dayısına: gecəniz xeyirə, tez yuxarı çıxıb otağına getdi. Dayısı nifrətlə baxaraq – arvadına: imansız – mərıfətsiz insan deyilsən sən, o yetimin ürəyini qırmaqdan həzzmi alırsan? vijdansız qadın. Qalanınıda sən qir məhv et vijdandan bi xəbər, sözlərini titrək səslə dedi, gözləri yaşardı bi ixtiyar. Gözlrinin yaşı üzünə süzüldü – arvadına: nə etdi o yazıq sənə? yerin bu qədər böyük evdə darmı oldu? əgər sənə dar gəlirsə bu ev rədd ol get istədiyin yerdə yaşa, qızı rahat qoy anladınmı? arvadının üstünə bağırdı. Ramiz atasının ürəyının xəstə oldugunu bilirdi, qorxdu əsəbləşsə yıxılacaq deyə, gəl ata gəl gedək biraz dincəl, qolunu boynuna salıb zorla otağına aparırdı. Atası gedə – gedə səsləndi arvadına, rədd ol get duydunmu? rədd ol get hara istəyirsənsə, gözüm görməsin səni mərəfəsiz. Aravadı ardınca gözlərini qıyaraq nifrətlə baxaraq öz – özünə: o dediyin yerə bacın kimi qızıda gedəcək heç şüphən olmasın. Mən sənə göstərəcəm lənətə gəlmiş yetimcə, baxarıq kim rədd olacaq bu evdən həyatdan.