Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
26 страница из 81
Səhər açılmışdı, Aylın tezdən yerindın qalxıb həyətə çixdı, elə sakitçilik idi. Dərindən nəfəs alıb, çox zor üzünə açılan səhərin təmiz havasından ciyərlərinə aldı. Sanki axşamdan bu yana aldığı nəfəsidə zəhər olmuşdu canına, həyətin qapısına tərəf gedirdi arxadan səs eşitdi, xeyir ola? dayandı, qızım xeyir ola belə tezdən? Aylın bir anlıq dönmədən səsin kimı ayid olduğunu anlamağa çalışdı. Səsin Məlik kişiyə ayid olduğunu anladığında, dönüb baxdı üzgün baxışlarla. Sabahın xeyir Məlik dayı, balacalığımdan vərdişimdir səhər tezdən qalxıb təmiz hava alaraq dolaşmaq. Məlik yaxınlaşıb – Aylına: sabahın xeyir qızım, məndən nə qədər gizlətməyə çalışsada, üzündən bəllidir qızım kefsizliyin – üzgünlüyün, axşam olanları eşitdim. Xanımın acı sözlərini duydum sənə dediyində, bu qədər günüh işlədir sabahını düşünmədən. Aylın – kişiyə: siz nədən tez qalxmısız Məlik dayı? kişi anladı Aylın özünün üzülməməsiçün söhbəti başqa tərəfə dəyişdi. Dərindən nəfəs alıb ah çəkdi, – Aylına: özüm tək yanaram deyirsən qızım, eləmi? anladım yaşının az olmasına baxmayaraq, dərdini bölüşmədən tək çəkənlərdənsən. Aylın dərindən nəfəs alıb baxışlarını kişidən qaçıraraq, sualını cavablandırmadan susaraq ətrafa nəzər salıb baxdı üzgün – peşman. Məlik – Aylına: sən indi qaçırsan hər kəsdən, başqalarına yük olmamaqçün tək götürmək istəyirsən bütün yükü çiyinlərinə. Başqalarını üzməməkçün, bütün gücunlə dişinə sıxıb dözməyə çalışırsan haqsızlıqlara. Hər kəsdən qıraqda qalaraq, zalım dünyada sakit yaşamaqçün yol axtarırsan. Belələrinə tək yananlar, tək çəkənlər deyillər qızım eyni sənin kimi. Məni soruşursansa niyə belə tez oyanmışam? mən yuxu nədir unutdum oğlumu – arvadımı itirdikdən sonra. Hər gün gecənin tez ötüb keçməsini oturub gözləyirəm səbirsizliklə, sübh tezdən oğlumun və anasının ziyarətınə gedirəm. Olarla salamlaşıram və, olarsız üzümə daha bir mənasız səhərimin açıldığını deyirəm.