Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
23 страница из 81
Arxadan atasının səsi eşidildi, – oğluna: bax bunu düz dedin oğlum, əyyaşlıq etməssən.
Ramiz atasına tərəf baxdı dodaqlarını dişlədi, indi danlayacaq özünü düşündü, yavaş səslə – Aylına: vayy canım mən batddım. Aylın tez ayağa qalxdı dayısının gəldiyini görüb. Ramizdə qalxıb atasının qarşısına gəldi çəkinə – çəkinə ki, alacaq payı vardı atasından, bilirdi qarşısında hər zaman olduğu kimi günahkar idi. Acılanaçaq balaca uşaq kimi başını qaşıyaraq, üzünə baxmadan yavaş səslə – atasına: xoş gəldin ata. Atası oğlunun Aylına dediklərini eşitmişdi və, Ramizin Aylına olan mehribanlığından – dəstəyindən fərəh hissi keçirdi. Oğlunun qıza qarşı bu insan davranışı ürəyinə ümid – təsəlli vermişdi, birdən oğlunu qucaqlayıb saçlarını qarışdırıb, başından dişlədi öpdü. Ramizin başı acıdı – atasına: of ata başımı acıtdın. Atası zarafatla – Ramizə: səndə xoş gəldin evinə oğlum, eşitdim mühüm işin çixmış gələ bilməmişsən bizi qarşılamağa. Ramzin bir anlıq atasından yaşadığı sevinci məhv oldu, qarşılamadın sözünü duyduğunda. Həmişəki kimi o arada yalan danışmağa nəsə düşününcə atası imkan vermədi. Bilirdi nə isə yalan düşünərək çıxış yolu axtardığını, zarafatla üzunə yavaşca şillə vurub, alnını oğlunun alnına dayadı. Atası kövrək səslə – Ramizə: sağol oğlum, gördüklərim – duyduqlarım mənə ümid verdi. Qızı tək qoyma səndən tək istədiyim budur, bundan sonra. Heç istəmirəm gəlmə qarşılama məni, bircə bilim artıq tək deyil bacımın mənə qalmış yadigarı. Atasının gözləri yaşla doldu, mənim bu həyatda tək ümid etdiyim sənsən oğlum, eşidirsənmi? Ramiz atasının içkili olduğunu hiss etdi, yazıq üzgün – yorğun görsənirdi. Ramiz – atasına: söz verirəm ata narahat olma sən, hər şey yaxşı olacaq tək qoymaram inan mənə. Atasına təsəlli verdi dayaq oldu, dayısı ayaq üstə dayanıb özlərinə baxan Aylına əlini uzadıb, yanına gəl deyə işarə etdi. Aylının gözləri yaşardı dayısını yorğun – üzgün kövrək görüb, yaxınlaşıb gəlib balaca uşaq kimi qucaqladı sarıldı. Dayısı Ramizidə, Aylınıda, qollarına sarıb bağrına basıb saçlarından öpdü ikisinində, siz mənim canlarımsınız canlarımmm. Ramiz – atasına: gedək ata biraz yat yol – iz yordu sənidə, – Ramizə: mən qiziımla bu gün heç söhbət etməyə imkan tapmadım oğlum, ananın ad günləri – dəvətləri nə vaxt bitəcək bilmirəm. Aylın – dayısına: dayı yorğunsan get dincəl sabah söhbət edərik, narahat olma mən yaxşıyam.