Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 7

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

7 страница из 81

Dayısı otağa çatıb qapını döydü, Aylın gəlib qapını açdığında dayısını görüb, içərini görməsin – əsəbləşməsin deyə, qapının ortasında dayandı. Dayısı – Aylına: yatırdınmı qızım? Aylın yalandan gözünü ovdu, yuxuya getmişdim yol yorğunuqdandır yəqin. Bağışla qızım oyatdım səni, – dayısına: eybi yox dayı narahat olma sən. Qızım məni iş yerindən çagırdılar getməliyəm indi işə, işdən döndüyümdə səninlə söhbət edərik, danışdıqmı? nə lazım olsa mənə zəng et, yada Məliyə de. Mənim arvadımın dili çox zəhərlidir ona fikir vermə, danışdıqmı? – dayısına: danışdıq dayı, ürəyın məndə qalmasın rahat get işinə uğurlar olsun. Dayısı üzündən öpüb – Aylına: axşama görüşərik qızım, getdi. Aylın dərindən nəfəs alıb öz – özünə: görüşərik dayı, qapını örtüb gəlib yatağında əyləşib üzgün baxışlarla baxdı.

Əri çantasını götürüb evdən çıxırdı arvadi deyindi ardınca, – ərinə: mənim dilimi sən belə acı – zəhərli etmisən, öz dediyini edərək ömrün boyunca. Əri cavab vermədən getdi, bu birinci deyildi arvadı acılayırdı onu. «Bəzi qadınlar ərlərinin qədirlərini bilmirlər, nə qədər işləyib hər şeyləri ilə təmin etsələrdə, yenədə az olur elələriçün. Buda olardan biridir və, olardan fərqli olaraq gərçəkdən qəddarlığının həddi – hüdudu yox idi arvadının». Sənubər ilan vurmuş kimi əsəblə keçib əyləşdi divanda. Aylının gəlməsinə dahada əsəb olmuşdu, öz – özünə: sən məni bu evdə saymırsan Həsən, sayma görərik kim deyən olacaq, sonunda min peşman edəcəm sənidə o ölüb dərinə getmiş bacın kimi.

Правообладателям