Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
8 страница из 81
Həsən iş yerinə gəldi, katibəsi Leyla yaxınlaşıb Həsən bəy xoş gəldiniz, – Leylaya: xoş günün olsun Leyla xanım, işlər mənsiz biraz yüklənmiş deyəsən. Leyla əlindəki kağizlara baxıb – Həsənə: bəli Həsən bəy, işlərimizdə bəzi çətinliklər yaranmış siz olmayan günlərdə. Həsən – Leylaya: sən Rəşidə bildir gəldiyimi gəlsin iş otağıma, – Həsənə: bu dəqiqə Həsən bəy, getdi. Həsən iş otağına gəlib, çantasını masaya qoyub yerinə keçib əyləşdi, arvadının hərəkətləri çox sıxırdı onu. Qapı döyüldü içəri dostu Rəşid girdi gülümsəyərək, – Həsənə: xoş gəldin mənim əziz dostum. Həsən ayağa qalxdıb dostuyla qucaqlaşıb görüşdülər. Həsən- Rəşidə: xoş günün olsun dostum, necəsən? bilirəm mənsiz İşlər qalmış başında. Rəşid – Həsənə: sən işləri boş ver, de görüm qızı gətirə bildinmi? Həsənın yaralı yerinə toxundu dostu soruşmağı ilə. Əyləş anlatacam hər şeyi, dostu keçib əyləşdi və anladı bir tərslik olduğunu üzündən. Həsəndə yerinə əyləşib telefonun düyməsini basaraq – katibəsinə: bizə iki qəhvə gətir Leyla xanım, dərindən nəfəs alıb dostuna baxdı. Gətirdim dostum gətirməyinə, sağolsun qizim mənim sözümdən cıxmadı, ancaq arvadımın xasiyyətinidə bilirsən ağzı dayanan deyil, getdiyimdə qızı gətirmə deyə mənimlə çox dava etdi. İndi isə başladı qızı acılamağa çatan kimi, duymadım nə dediyini, ancaq ilan kimi sancdığını hiss etdim. Mən bacımın bircəcik yadigarını orda tək qoya bilmərəm, o istəməsədə. Dostu dərındən nəfəs alıb – Həsənə: əsas odur ki gəldi qız bura yanındadır, artıq gözünün önündə olacaq üzülmə sən, qalanı yavaş – yavaş düzələcək inşallah. Yazıq qız düşmən deyil ki yoldaşına? sonunda anlayarcaq, qəbul edib sevəcək öz qızı kimi görcəksən. Həsən – Rəşidə: bilmirəm Rəşid bilmirəm, qızı dəli etməsə yaxşıdi evdə mən olmadıqda. Qapı döyüldü, içəri əlində sinidə iki qəhvə fincanları ilə Leyla girdi, qəhvələri gətirib masanın üstə qoyub – Həsənə: başqa əmriniz varmı Həsən bəy. Həsən – katibəyə: təşkkür edirəm yoxdur hələki çıxa bilərsiz, Leyla – olara: nuş olsun, otaqdan çixib getdi. Rəşidlə qəhvələrini götürüb söhbətə davam etdilər, – Rəşidə: bu gün mənim oğlumun məni qarşılamağa vaxtı olmamış. Atasının qarşısına dostunu göndərmiş ki qarşılasın bizi, sağolsun oğlan gəldi qarşıladı. Başqa uşaqların necə mərəfətli – qanacaqlı olduğunu gördüyümdə, paxıllığım tutur bi ixtiyar. Hansından danışım? dərt bir deyil dostum bilmirəm, dönə – dönə tapşırmışdım gəlsin qarşılasın bizi. Düşünürdüm bəlkə qızında ürəyi açılardı qarşısına dayısı oglunun gəldiyin görsəydi, tanış olardılar bir yaşıtdırlar. Dayısı arvadından xoş kəlmə eşıtmədi yazıq qız çatan kimi, o evdə olsaydı anasına icazə verməzdi qızı sancsın. Oğlum avara olsada, ürəyi yumşaqdır anasına bənzəməyib o cəhətddən çox şükür. Arvadım oğlanı pis tərbiyələndirib, elə düşünür mən bilmirəm o içib gəldiyində gizlıtdiyini. Bəzi qarışdırdıqlarının üstünü ört – basdır etdiyindəndə guya bi xəbərəm, elə düşünür öz aləmində. Rəşid güldü, – Həsənə: ay dostum bizdə cavan olmuşuq, unutdunmu etdiklərimizi? bizim analarımızda bizi qoruyardılar atalarımızdan. Həsən gülümsəyərək, hə yadımdadır bir dəfə səninlə dışarda yatmışdıq heç unutmaram. Rəşid güldü ürəkdən xatırlayıb, – Həsənə: havada necə soyuq idi o gecə. Dışarda bir – birimizə qısılıb yatmışdıq pişik balaları kimi, səhəri çox çətin açdıq ən uzun gecəmiz olmuşdu. Bax üzülmə deyirsən oğlunun gözəl xasiyyəti var, inanıram qızla mehriban olacaqlar tək xanımın onu istəməsədə. Qızı çox incidərsə gəlsin bizdə yaşasın, mənim qızımda evdə təkdir bilirsən. Həsən – Rəşidə: çox sağol dostum mən hələ ölməmişəm, o evdə mənim sözüm keçir arvad xoşlamasada, xoşu deyil getsin başqa yerdə yaşasın özü. Qız bizimlə yaşayacaq vəssəlam, telefonuna zeng gəldi götürüb baxdı, – dostuna: adını çək dostum zəngi gəlsin. Dostu anladı arvadı idi zəng edən, qəhvəsini içərək gülümsədi. Həsən telefona cavab verdi alo buyur xanım, heç axlıma gəlməzdı belə tez darıxacaqsan mənimçün. Biraz qulaq asıb, nə ad günü? evə qızı gətirmişəm beş dəqiqə vaxt tapmadım sohbət etməyə, indi durum ad günlərimi gəzim səninlə? arvadının telefondan bağıran səsi eşidildi. Həsən telefonu qulağından kənara tutub baxdı dostuna. Rəşid işare etdi ki getməyə razı olsun, əkis halda evdə qızın üstünə tökəcək azarını. Həsən əsəblə baxaraq telefonu qulağına yaxınlaşdırıb cavab verdi, tamam bağırma gələcəm. Birlikdə gederik möhtərəm qiymətli rəfiqənin ad gununə, başqaları candır səninçün özünkünü düşmən görsəndə, telefonu söndürüb masanın üstünə əsəblə qoydub başını narazılıqla sirkələdi. Kimin əlində qalmışam mən? heyif deyildimi o soyuq gecədə dışarda yatdığımız günlər – gecələr? bilsəydim gələcəyim – ömrüm beləsiylə çürüyəcək, heç evlənməzdim. Rəşid dostunun halını yaxşı anlayırdı, çox üzülürdü olanlara görə.