Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
62 страница из 81
Səhər açılmışdı, Aylın yerindən qalxıb həyətə gəldi. Məlik həyətin qapısından çıxırdı ki, Aylın arxadan səslədi, Məlik dayı gözlə məndə səninlə gəlirəm. Kişi Aylını gözlədi, Aylın çatıb – kişiyə: sabahın xeyir Məlik dayı, mehribanlıqla – Aylına: sabahın xeyir qızım, xanım əsəbləşməsin yenə mənimlə gəldiyinə görə. Aylın əliylə Məliyin qolundan tutub – kişiyə: gedek sən ona fikir vermə, birdəki unutdunmu özün dedin səbir edim, bax edirəm sənin xətrinə, gülümsədi. Özün duydun o dəfə mənə dayım icazə verdi səninlə hara olsa gedə bilərəm dedi. Qapıdan çıxdılar Məlik Aylının əlinə baxdı, – Aylına: əlinə nə olub qızım? Aylın olduğu kimi dedi – Məliyə: xanım qabların içinə kəsik fincan qoyub ki, mən əlimi kəsim. Kişi Aylına baxdi dayanıb getdiyi yerindən ayaq saxladı, – Aylına: qızım anlayıram səni sevmir xanım, ama bu qədərinidə etməz, arxadan səs eşidildi – Məliyə: etdi düz deyir Məlik dayı. Aylınla Məlik dönüb baxdılar Ramiz idi gələn, yaxınlaşıb – kişiyə: Aylın düz deyir Məlik dayı anam etmiş bilərəkdən. Ancaq bundan sonra Aylına yan baxışlarıyla belə baxa bilməyəcək, əks halda bilir başına gələcəkləri. Kişi eşitdiklərindən baxa qalmışdı pərt, – Ramizə: necə yəni düz deyir? xanım bilərəkdənmi etmiş bunu? Ramiz kişinin qolundan tutub, gedəyin çoxdandır məndə getməyən dostuma – xalama. Məlik sağ – solunda özüylə məzarlığa doğru addımlayan Aylınla – Ramizə baxıb fəxr etdi. Gözlərində sevinc işığı göründü, eyni andada göz yaşlarına hakim ola bilmədi, gözlərinin yaşını qoluna sildi uşaq kimi. Aylınla Ramiz anladılar kişinin kövrəldiyini, Aylın bir qoluna, Ramizdə o bir qoluna -qollarını salaraq, mehribanlıqla yanınca getdilər.