Читать книгу Acı həyat. Roman онлайн
3 страница из 89
Gəlib coban kişinin yatdığı talvarın yanına çatıb, altdan yuxarı baxıb səslədi. Murad dayı burdasınızmı? səs gəlmədyinçə öz – özünə, yəqin yazıq Murad dayıda batıb. Of bu yağışda qoyunların dalıycamı çıxmış. İt hürə – hürə başqa tərəfə qaçdı getdi, çiskindən – yağışdan heçnə görsənmirdi. Mələk nərdivanla talvara dırmandı. Əlini atıb nərdivanın son pilləsindən talvara keçmək istədiyində, kiminsə qolunu üzünə qoyub yatdığını görüb, dayanıb baxdı. Yatan cavan oğlandı idi, Mələk birinciydi onu burda görürdü. Oğlan hec tələsmədən, qolunu üzündən götürüb Mələyə baxdı. Mələk biraz şaşqın halda, – oğlana: Murad dayı yoxmu burda? oğlan yerində oturub üzünə əlini cəkib, – Mələyə: yoxdur. Mələk oğlanın özündən razı birisi olduğunu danışığından anladı. Birazda əsəbləşdi belə deməsinə – oğlana: sən kimsən? buralarda görmədim daha öncə səni. Oğlanın özünə təs – tərs baxdığını görüb, – oğlana: dilinimi unutdun? sual verdim, kimsən sən. Murad dayının yerində nə işin var? danışığınada fikir ver. Oğlan əsəblə, – Mələyə: səndənmi soruşacam harda nə işimin olub – olmadığını? səndə öz danışığına fikir ver. Mələk biraz şüphəli baxışlarla baxıb nə isə demək istəyirdi, Murad kişi səslədi, qızım Mələk. Mələk yuxardan aşağı batmış kişiyə baxdıb gülümsədi. Can Murad dayı səndə mənim kimi batmısan, of gəl əynini dəyiş xəstələnərsən. Kişi gülümsəyərək, – Mələyə: qızım mən alışqanam illərdir belə islanmaqlara. Məndən narahat olma, qalx üstə batırma özünü, məndə indi gəlirəm. Mələk dönüb gözlərini qıyaraq, əsəblə oğlana baxdı. Yuxarı çıxıb heç oğlanı saymadan, keçib talvarda döşəkçədə oturdu. Talvar çoxda geniş deyildi. Oğlan ayağını uzadıb oturduğuna görə, – oğlana: biraz yığcam otur, hamıya yer olsun. Oğlan başını narazılıqla sirkələyib, bardaş qurub oturmağa çalışdı, alınmadı. Əlləri ilə dizlərini qucaqlayıb oturaraq, Mələyə əsəblə baxdı. Anlaşılırdı kənt uşağı olmadığı. Az vaxdan kişidə qalxdı yuxarı, gəlib əyləşdi.Batmış papağını başından çıxarıb kənara qoyub, Mələyə baxıb gülümsədi. Mələk tez termuzu götürüb kişiyə isti cay süzdü, götürüb fincanı uzatdı. Kişi götürüb gülümsəyərək, təşəkkür etdi, sağol qızım. Bax belə yağışda isti çayın yeri bşqadır. Özünədə süz qızım, sən hardan belə gəlirdin? Mələk yalandan gülümsəyib, – kişiyə: rayona getmişdim, alacaq şeylərim vardı. Kişi anladı, artıq yazıq qızı üzmək istəmədi soruşub. Başını qatmaqçün, – Mələyə: bax bizim yaramaz yenə üstünü palçıqlamış. Mələk üstünə baxıb gülümsəyərək, – kişiyə: dostumdur o mənim, bir şey olmaz. Sizin yağışda birinci batmadığınız kimi, məndə üstümün batmasına alışdım artıq, birinci deyil. Götürüb özünədə termuzdan çay süzüdü. Oğlana məhəl qoymadan, üzgün baxışlarla baxdı dışarda yağan yağışa. Anladı bu kimdisə kişinin tanıdığıdır, soruşmadıda.