Главная » Acı həyat. Roman читать онлайн | страница 5

Читать книгу Acı həyat. Roman онлайн

5 страница из 89

Mələk evə gəldi, anası – qızına: qızım tez get əynini dəyiş xəstələnərsən. Mələk – anasına: cox islanmadım ana, Murad dayının talvarına yetişdim. Atası gülümsəyərək, – qızına: ananda bayaqdan narahat idi. Mən dedimmi sənə? mənim qızım Murad dayısıyla oturmuş çoxdan talvarda. Anası qızına üzgün baxışlarla baxdı, Mələk anladı nədən elə baxdı deyə. Mələk – anasına: mən üstümü dəyişdirim, getdi otağına.

Mələk otağına gəlib oturdu yatağında, anasınında —atasınında, özünə görə üzgün olduqlarını yaxşı anayırdı. Qapı döyüldü, icəri qonşusu yaxın rəfiqəsi Gülsüm girdi, – Gülsümə: gəl canım. Gülsümdə gözəl ürəkli qız idi. Gəlib əyləşdi yanında, bilirdi rəfiqəsinin üzüntüsünü. Mələyin boynunu quçaqlayıb sakit dayandı. Mələk kimsənin üzülməsini istəmirdi özünə görə. Zarafatla – Gülsümə: canım qonşumun qızı, boğacaqsan məni. Birdən hiss etdi rəfiqəsinin ağladığını. Özündən azacıq kənara tutub, əlləri ilə üzündən tutub baxdı üzünə. Sən ağlayırsanmı? nə noldu, kim xətrinə dəydi? Gülsüm danışa bilmədi. Mələk təkrar soruşdu, Gülsüm nə oldu de mənə. Qız birdən əlləriylə üzünü tutub ağladı. Mələk tez qucaqlayıb sakitləşdirməyə çalışdı, ağlama gözəl bacım. İndi de mənə niyə ağlayırsan? nədir səbəbi? yenə atan olan o, sözünün ardını demədi. Gülsüm göz yaşlarını silib, – Mələyə: bu qədər sən çapaladın, haqsızlıq oldu. Mələk dərindən nəfəs alıb – Gülsümə: zatən haqsız dünyada yaşayırıq. Sən de mənə kim qırdı səni? Gülsüm biraz sakitləşib, – Mələyə: mən qəbul olmuşam unverstetə. Biraz qabaq öyrəndim, qəbul olduğumu. Mələk sevindi, – Gülsümə: ee, o zaman bu göz yaşların nədir bəs? təbrik edirəm gözəl bacım. Mələk Gülsümü qucaqlayıb, üzündən öpdü. Gülsüm boynunu qucaqlayıb, – Mələyə: mən səninlə getmək istəyirdim unverstetə. Mələk gülümsəyərək, – Gülsümə: qızım sevinsənə qəbul olmusan, sil göz yaşlarını ağlama. Məni düşünmə sən dərslərinə bax, tamammı? sənə görə çox sevindim. Bax dahada yaxşı oldu o, sözünün ardını deyə bilmədi. Anlaşılırdı qızın atası yaxşı birisi deyildi ailədə. Gedərsən oxuyub özünə iş taparsan, rahat yaşayarsan. Bəsdir az çəkmədin evdə dərt – qəm, bundan sonra gülmək – sevinmək vaxdı çatdı. Sən məni duydunmu? Gülsüm başıyla hə deyə işarə etdi. Gülsüm – Mələyə: sən yanıma gələçəksən elə deyilmi? gülümsəyərək – Gülsümə: əlbətddə gələcəm baçım. İndi isə mən əynimi dəyişim, gedək bunu qeyd edək anamın hazırladığı mürəbbəylə. Sevincələrini bölüşərək zarafatlaşdılar, təkrar bir – birini quçaqladılar.

Правообладателям