Читать книгу Acı həyat. Roman онлайн
2 страница из 89
Mələk orta məktəbini əla qiymətlə bitirməyinə baxmayaraq, azacıq xalı catmamışdı və, unverstetə qəbul ola bilməmişdir. Yazıq qızın ailəsi imkansız olduğuna görə, pulluyada yazılmamışdı. Mələk kənt yerində böyümüşdü, cox sadə işgüzar və, tərbiyəli qız idi. Yazıq üzgün – fikirli, addımlayırdı yolun kənarı ilə. Havada elə qaralmışdı ki, sanki yazıq qızın gizlin ürəyinə axan göz yaşlarına ortaq olmaq istəyirdi damçıları ilə. Birdən şimşək çaxdı, göy guruldadı. Mələk kiçikliyindən ildırımdan – tufandan qorxan idi. Evlərinə tez catmaqçün yolunu qısaldaraq, çöllük sahədən getməyə qərara gəldi. Hər dəfə ildırım çaxdığında, yazığın ürəyi sanki yerindən qopacaqdı, cox həyəcanlanırdı. Qaçaraq yoldan kənara kecib, sahəyə tərəf addımladı və sahəyə kecdi. Biraz getmişdi, uzaqdan çöllük sahədən görürdü yağış gəlirdi. Çiskindən o tərəfləri görmək mümkün deyildi. Mələk bir anlıq dayanıb baxdı, az sanyələr ərzində özünü isladacaq yağışa tərəf. Az vaxdan yağış yetişib, yazığı damcıları ilə qucaqlayaraq isladıb kecdi. Mələk buralarda böyüyüb boya – başa çatdığından, yaxşı tanıyırdı çöllüyün yolunu – cığırını. Artıq batıb islanmışdı, yazıq üzüntüsündən elə – beldə yorğundu. Dərindən nəfəs alıb, islanmış üzünü silib addımlamağa başladı. Qarşıda itin hürən səsini duydu, sevindi. Mələk bilirdi bu sahədə yaşlı bir tanıdıqları kişi, hər zaman qoyun mal – qara otarırdı. Mələkdə bu sahədən tez – tez keçdiyindən, çoban kişinin itləri qızı tanıyırdılar. Birdən it hürə – hürə gəldi. Mələk iti dostum deyə səsləndiyində, it quyruğunu bulayaraq qaçıb gəlib, qızın üstünə tullanaraq oynaşmağa başladı. Mələk-itə: of dostum üstümü palçıq etdin, başını sığalladı. İt şıltaqlanıb yenə hobbanıb düşərək, ayaqlarını üstünə qoyub tanıdığını və, gördüyünə sevindiyini ifadə etdi. Mələk itin başını sığallayaraq oxşadı, gəl dostum bilirsən mən ildırımı sevmirəm, qaçaq burdan. Mələk bir anlıq dərdini unudub, uşaq kimi itin yanınca qaçmağa başladı. İtdə gah qızı ötür, gahda qayıdıb üstünə tullanaraq, yenə üstünü palçıqlayıb öndən qaçırdı. Mələk zarafatla – itə: dostum məni oxşatın daş – kömür mədənində çalışanlara. Əlindəki çantasını başına tutub qaçırdı ki, çoxda batmasın.