Главная » Acı həyat. Roman читать онлайн | страница 4

Читать книгу Acı həyat. Roman онлайн

4 страница из 89

Mələyin anası dışarı baxıb, – ərinə: Davud, qızım görəsən yoldamı qaldı bu yağışda? of qızım. Əri gülümsəyərək, – arvadına: yəqin yenə sahədən kecmiş, yolu qısa olsun deyə. Murad dayıyla talvarda oturub çay icirlər çoxdan. Narahat olma sən, yağış kəsdiyində gələcək. Anası narahat və, üzgün görsənirdi. Əri dərindən nəfəs alıb – arvadına: bax Roza belə durub qızın qalan ürəyinidə üzmə, nə edək alınmadı. Bilirəm qız pərişan oldu o qədər hazırlaşmışdı, bəzən atalığımdan utanıram evladımın qarşısında. Özüdə üzgün baxışlarla kənara baxdı, arvadı anlayırdı əri xəcalət çəkirdi. Atasıda çox xəcalət çəkirdi, qızını pulluda oxuda bilmədiyiçün. Arvad – ərinə: düz deyirsən, dünyanın sonu deyil ki? asma səndə suratını. Əri üzgün baxışlara baxaraq, kefsiz masadan çay finçanını götürüb içdi.


Mələk çayını bitirib, – kişiyə: yağış yavaşıdı mən evə qaçım. Kişi gülümsəyərək, – Mələyə: qızım bu mənim başqa şəhərdə yaşayan böyük nəvəmdir, adı Səlimdir. Mələk hər zaman oldüğü kimi, ürəyində söz gizlədə bilən deyildi. Hər şeyi olduğu kimə üzə deməyi xoşlayandı, kişidə bunu yaxşı bilirdi. Mələk oğlana baxmadan, – kişiyə: nəvən olsada, sizə oxşamamış mərəfətindən. Oğlan əsəblə baxdı, – Mələyə: sən nə haqla mənimlə belə danışırsan? sən mənim mərəfətsizliyimimi gördün. Babası sanki anlamışdı, Mələyin nəvəsinə belə deyəcəyini. Nəvəsi görməsin deyə, kənara baxıb gülümsədu. Mələk – oğlana: qolunu üzünə qoyub burda leş düşüb yatmağından anlamaq cətin deyildi. Qalxıb babana yardım etdib azacıq səndə islansaydın, tərifə layiq olardın. Oğlan nə isə demək istəyirdi, babası imkan vermədi. Səlim, Mələk qızım kimsəyə arxadan söz deyən deyil. Hər zaman səhvi olanın, səhvini üzünə deyən cəsarətli qızımdır o mənim. İşarə etdi ki sussun, qıza kobut cavab qaytarmasın. Səlim – Mələyə: elə axıllıydın gəlib yardım edərdində. Mələk – Səlimə: xəbər verdilər nəvəsi gəlmiş babasına, ona görə gecikdim Səlim bəy. Xəbər verənlər demədilər, şəhərdən gəlib burda rahat – rahat yatdığını. İnan bilsəm gələrdim, hec şüphən olmasın. Biz az belə yağışlarda islanmadıq, qorxumuz yoxdur bəzilərinin kimi. Səlim babasının özünə baxdığını gördüyündə, özünü zor tutdu ki, Mələyi açılamamaqçün. Mələk ayağa qalxıb, nərdivandan biraz enib – kişiyə: Murad dayı dəyiş paltarını xəstələnərsən. Kişi razılığını bildirərək gülümsəyib, – Mələyə: tamam qızım, narahat olma. Mələk nərdivanın yarısından tullandı yerə. Yuxardan oğlanın özünə necə tərs – tərs heyif cıxacaq baxışlarla baxdığını görüb, iti sələdi, dostum. İt qaçıb gəldi, çatan kimi yenə tüllanaraq ayaqlarını qoyub palcıqladı üstünü. Mələk üstünə baxıb, birdən itin başından tutub burnundan öpdüyündə, oğlanın ürəyi bulandı. Tez üzünü turşudub kənara baxdı. Babası Mələyin xasiyyətinə bələd idi, nəvəsinin diksindiyini görüb qəh – qəhə cəkib güldü. Mələk itlə oynaya – oynaya getdi. Səlim – babasına: başdan xarab olduğu anlaşılır, babası gülərək gözlərini silib, – nəvəsinə: səhvin var gözəl nəvəm. Mələk cox gözəl ürəkli qızdır, həmdə mərd. Səlim anladı babası özünə işarə edirdi, yardım etmədiyiçün. Səlim – babasına: guya bilmirsəndə burdan niyə enmədiyimi. Nə var burda bilmirəm, yanımızada gəlməkdən imtina edirsən. Nəyinə lazımdır bu çətin işlər sənin? babası narazılıqla başını sirkələyib, – nəvəsinə: anlamırsan məni. Mən şəhərdə yaşaya bilmərəm. Mən buralarda böyüyüb boya – başa catdım. Sən de, mən bu gözəl təbiəti, bu gözəl havanı tərgiyib, şəhərin tüstü qoxan havasına gəlib yaşaya bilərəmmi? əsasda bu yaşda. Oğlan dərindən nəfəs alıb narazı baxışlarla baxdı babasına, heçnədə qoxmur şəhərdə, bəhanələr etmə. Tamam mən aşağı enirəm, səndə üstünü dəyişdir xəstələnmə. Oğlan qalxıb nərdivandan enərkən, babası zarafatla – nəvəsinə: qolundan tutumu. Aşağı xətasız enə biləcəksənmi? nəvəsinin altdan yuxarı baxdığını görüb gülümsədi, tamam zarafatdı. Oğlan yarıya qədər enmişdi, ayağı sürüşdü yıxıldı. Yuxarda babasının baxdığını görüb, tez ayağa qalxıb, əllərini belinə qoyub baxdı kənara. Babası – nəvəsinə: ürəyimə danmışdı enişində yüngül qəza olaçaqdı. Bu birinci deyil ki? yenə qəh – qəhə çəkib güldü. Səlim – babasına: coxda oyalanma orda, bilirsən itlərin məni tanımırlar, sevmirlər. Babasnın səsi eşidildi, rahat ol, sənin qorxduğun itim Mələk qızımla getdi. Səlim öz – özünə: cəhənnəmə getsin sənin Mələk qızın. Babası səsləndi, – Səlimə: birşeymi dedin? – babasına: deyirəm etibar yoxdur birdən gələr, cəld ol biraz. Babası yenə ürəkdən güldü, nəvəsinin qorxub ehtiyat etməsinə.

Правообладателям