Главная » Acı həyat. Roman читать онлайн | страница 6

Читать книгу Acı həyat. Roman онлайн

6 страница из 89

Axşam olurdu, Səlimin babası çay süzüb qoydu nəvəsinin qarşısına. Oğlum nədir suratını asıb oturmusan? – babasına: itlərinin əlindən yerədə düşə bilmirəm. Sən hələ soruşursanmı məndən? kişi başnı narazılıqla sirkələyib güldü. Ay yaraşıqlı nəvəm, itə bir çörək at yaxınaş, qorxma olar sənə dəyməzlər. Səlim qaşının birsini qaldırıb – babasına: unutmadım itinin məni dişlədiyini. Babası yenə nəvəsinə baxıb güldü. Bax Mələk qızıma heç dəyirlərmi? qız olara üç gündə özünü sevdirdi. Səndən fərqli olaraq, yemək verə – verə yəni, yenə güldü nəvəsinə. Bu anda Mələyin səsi duyuldu, Murad dayı iki günə öyrəşdilər, üc günə deyil. Kişi duyduğunda səsini sevindi, baxdı talvardan aşağı. Səlimin üzünün ifadəsi dəyişdi Mələyin səsini duyduğunda, əsəbləşdi. Kişi – Mələyə: gəl qızım, Mələk əlində torbayla qalxdı yuxarı. Axşamın xeyir Murad dayı, sənə isti yeyəçək bir şeylər göndərdi anam. Kişi tez əlindən götürdü ki, qız rahat çıxa bilsin. Niyə zəhmət etmiş ay qızım, utandırırsız məni. Mələk talvara dırmanıb keçib əyləşmək istədiyində, yenə Səlimin ayaqlarını uzadıb oturduğunu görüb baxdı ona. Səlim öz – özünə: ya səbir, ayaqlarını yığıb oturdu. Mələk əyləşib – kişiyə: çantamı unutmuşam bayaq yağışdan qaçanda. Kişi gülümsəyərək, – Mələyə: burdadır qızım çantan. Mələk tez torbadan yemək qazanını çıxardıb qoydu ortaya. İsti çörəkdə çıxarıb qoydu, – kişiyə: isti – isti ye tapşırdı anam. Kişi təşəkkür edib qazanın qapağını açıb, oh ananın əlləri dərd görməsin qızım. Mən çox sevirəm ananın hazırladıqların. Hər zaman Rozanın çox dadlı yeməkləri olur. Dolmadan götürüb yedi iştahla, – Səlimə: ordan mənə boş qab ver oğlum. Səlim yaxındakı boş qabı götürüb uzatdı. Kişi götürüb əli ilə dolmalardan boş qaba qoyub, verdi nəvəsinə. Burda əllə yeyilir oğlum, belə daha dadlı olur. Qaşıq – çəngəl aşağıda qalıb, istəsən en götür. Səlim qabı götürüb, – babasına: əllə yeyərik, istəmirəm sənin yerdəki çənğəl – qaşığını. Səlim elə dediyində, Mələk ona tərs – tərs baxdı. Babası görüb, – Mələyə: qızım nəvəm itlərdən qorxub yerə enmir, yenə gülüdü qəh – qəhə çəkib. Az qala töletədə əlindən tutub aparası qədər, bərk qorxur sənin dörd ayaqlı dostundan. Səlim – babasına: səbəbi nədir görəsən baba? kişi dolmadan yeyərək, – Mələyə: kiçikliyində bir dəfə itim yüngül ayağının dadına baxmışdı, yenə güldü. Səlim – babasına: o, yüngül dediyin yerə neçə tikiş qoymuşdular? unutdun deyəsən. Mələk anladı, oğlanın niyə yardım etmədən burda yatmasını. Başını qaşıyıb gülümsəyib, baxdı kənara. kişi – Mələyə: qızım səndə ye, – kişiyə: mən evdə yedim Murad dayı, nuş olsun sizə. Mələk – kişiyə: Gülsüm qəbul olmuş unverstetə, kişi ağzındakı loxmasını udub baxdı bir anlıq. Mələk dərindən nəfəs alıb, – kişiyə: onun əvəzinə çox sevindim. Sanki özüm qəbul olmuş kimi hiss etdim. Yaramaz, səfeh, icki düşkünü atasından qıraq olması içimi rahatladı. Kişidə dərindən nəfəs alıb biraz düşünüb, – Mələyə: elə ata olunca, heç olmasa yaxşıdır qızım. Şərəfsizin birisidir yaramaz. Düz deyirsən, qız ondan uzaqda olsa daha yaxşıdır. Atasına görə yazıq qız necə utanırdı kənt içində. Səlim səssiz oların söhbətinə qulaq asırdı, buralara çox az gəldiyindən kimsəni tanımırdı. Mələk özlərinə baxdığını görüb, – Səlimə: ye qorxma zəhərli deyil. Səlim Mələyə əsəb olurdu hər dəfə özünə ilişdiyində, dolmadan götürüb əsəblə yedi. Kişi – Mələyə: qızım səndə bir gün qəbul olacaqsan inşallah. Sənin bu gözəl ürəyini Allahım görməzdən keçməz, itdə altdan yuxarı baxırdı. Mələk baxıb gülümsədi, – kişiyə: bacım qəbul oldu Murad dayı. Bu məni çox sevidirdi. İnan artıq mənim qəbul olub – olmamağım uğrumda deyil. Qalxıb endi nərdivanla aşağı, iti sığallayıb oxşadı. Altdan yuxarı baxıb – kişiyə: Murad dayı çantamı atarsanmı zəhmət olmasa? yenə unudub gedəcəm bu şirinə başım qarışıb. Babası yemək yeyir deyə, Səlim çantanı götürüb atmaq üçün baxdı aşağı. Mələyin yenə itin burnundan öpdüyünü görüb ürəyi bulandı, əlini ağzına tutub baxdı kənara. Kişi güldü nəvəsinin hərəkətinə, Mələk – Səlimə: at tutacam. Səlim Mələyə acığa çantanı biraz uzağa atdı, tuta bilmədi. Mələk Səlimə tərs – tərs baxıb, kişiyə sələndi. Murad dayı, nəvəniz itin qorxusundan çantanıda düz ata bilmədi. Çantanı götürüb təmizləyib, çiyninə keçirdi. Mələk – itə: dostum qaçaqmı? hələlik Murad dayı. Kişi – Mləyə: hələlik qızım ehtiyatla get, anana təşəkkürümü çatdır. Mələk – kişiyə: tamam deyərəm, itlə oynaya – oyna getdi. Səlim yerinə oturub – babasına: manyak itin burnundan öpdü. Babası – Səlimə: oğlum kənt uşaqlarının ümmuniteti, şəhər uşaqlarından güclü olur. Buna görə narahat olma sən, yenə güldü qəh – qəhə cəkib. Artıq Səlimin iştahıda qalmadı toxunmadı yeməyinə, baxdı başını narazılıqla sirkələyib.

Правообладателям