Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 98

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

98 страница из 129


Axşam olmuşdu, atasıyla – qardaşı evə dönmüşdülər işdən. Ramizdə kiçik qardaşını gətirib Aylına gəlmişdi. Aylın öpərək – uşağa: canım mənim, sən hər gün böyüyürsənmi? bax sən necədə böyümüş özü. Canım, nəfəsimmm, öpdü bağrına basdı, uşaq çox sevməli şirin idi. Ramiz baxıb gülümsəyərək, – Aylına: qardaşım üzdən mənə, xasiyyətdən isə sənə çox bənzəyir canım. Aylın uşağı təkrar – təkrar öpüb, – Ramizə: necə demişlər birdənəm, unutdunmu? atı – atın yanına bağlasan rəngi keçməsədə, mütləq xasiyyəti keçər. Aylının zarafatına hamı gülüşdü. Atası – Ramizə: oğlum, qızımdan gözəl xasiyyətlər keçmişdir kiçik Sərdar bəyə, əminəm. Ramiz zarafatla – atasna: Rəhim dayı, siz qızınızın bəzi tərs xasiyyətlərini hələki bilmirsiniz. Anası – Ramizə: bax oğlum, o xasiyyətlərindən qızım atasına çox bənzəyir, bu gün özünədə dedim. Atası gülümsəyərək, – arvadına: canım qısqanma, mən heç qısqanırammı? qızımın üzdündən – gözəlliklərindən sənə bənzəməsinə. Aylının sözünü atası təkrar etdi deyə, anası üzünü turşudaraq – ərinə: vallahi sözlərinizdə bənzərdi qızınla.

Правообладателям