Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
114 страница из 129
Sərdar yalandan gülümsəyərək, – Aylına: atan düz deyir. Havanı dəyişmiş olarsan, gəl aparım gəzdirim səni, çoxdandır dışarı çıxmayanı. Bax özünü yaxşı aparsan, sənə kanfetdə alacam, tamammı?
Anası Sərdarın dediyi sözə güldü. Aylının acığı tutdu, – Sərdara: kanfeti, başlarını aldada biləcək uşaqlara alırlar Sərdar bəy, mənim o yaşımdan keçmiş, təşəkkür edirəm. Atası bilirdi, qızından bir şey öyrənmək çətin olacaqdı.
Atası – Aylına: qızım qalx hazırlaş, biz Sərda bəylə qəhvə içək sən hazır olana kimi. Anasıda təsdiqlədi, – Aylına: get qızım hazırlaş, biraz hava almış olarsan. Aylın çarəsiz ayağa qalxıb getdi. Anası – Sərdara: oğlum bilirəm deməyə gərək yox, yenə narahatam bilirsən. Ona imkan vermə, Afət xanımın bacısı oğluyla görüşməyə tapmasın. Sərdarın xoşuna gəlirdi, Aylının anası özünə bu qədər etibar etməsi. Sərdar – anasına: narahat olmayın anam, mən icazə vermərəm, o tip Aylına yaxınlaşsın.
Xadimə qəhvələri gətirib payladı, getmək istəyərkən atası – xadiməyə: səninlə söhbətim olacaq. Qəhvəmi içdikdən sonra, aydındırmı? deyilən sözün tonundan, xadimənin əlindəki boş sini əsdi. Xadimə – atasına: aydındır Rəhim bəy, getdi. Arvadı təcüblə – ərinə: nə olub Rəhim? sən heç ev xadimələriylə danışmazdın. Əri qəhvəsindən içərək – arvadına: canım, bəzi şeyləri anlatmağım gərəkdir, narahat olma. Sərdar kefsiz – kefsiz qəhvəsini götürüb içdi, nə isə düşünürdü.