Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
116 страница из 129
Biraz qarşıda bir ev vardı, ətrafında başqa evlər yox idi. Sərdar gedib evin qapısını açaraq, qapını açıq qoyub evə girdi. Aylın maşının qapısını bağlayıb, yavaş addımlarla ətrafa baxa – baxa, evə tərəf getdi.
Sərdar gəlib, əynindəki pencəyini çıxarıb divana atıb, gəlib divar peçinin qarşısında əyilib odunlara düzəliş verdi. Cibindən alışqanı çıxarıb, alışdırdı ocağı. Cibindən siqaret qutususunuda çıxarıb, bir siqaret alışdırıb, tüstüsünü ciyərlərinə çəkib baxdı yanan ocağa. Arxadan Aylın – Sərdara: burası mənə bir yerləri xatırladır,. Sərdar dönmədi, cavab vermədi. Aylın yaxınlaşıb, yanan ocağa baxdı gülümsədi. Bi ixtiyar gözləri yaşardı, gərçəkdəndə bir zamanlar, özünün qaldığı evə çox bənzəyirdi burası. Həmən o evdə də, divar peçi vardı, Aylın getdi. Sərdar dərindən nəfəs alıb siqaretini çəkərək, gözünü çəkmədən alışıb yanan ocağa baxırdı. Sərdarı çox sıxırdı, Aylının özünə qarşı soyuq olması. Aylın hər dəfə belə etdiyində, Nicata qarşı olan nifrəti bir o qədərdə artırdı. Sevdiyi ona görə özündən uzaqlaşırdı. Əlindəki bitmiş siqareti yanan ocağa atıb, dərindən nəfəs aldı.