Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 119

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

119 страница из 129

Bağışlayın, görmədim qarşımda sizin kimi gözəl ürəkli bir xalanın olduğunu. Bu dəfə keçin günahımdan. Qızın şirin davranışından, xalasının xoşu gəldi. Xalası – qıza: gözəl qızım, Allah ürəyinə görə versin sənə. Nicat xalasıyla, qızın mehriban danışmasına baxıb qalmışdı. Qız – xalasına: Nicat oğlunuz işə qəbul olundu, səhərdən gəlib bizimlə çalışa bilərsən, təbrik edirəm sizi. Xalası sevindi, – qıza: qızım sən heç oğlumla danımadın?

Qız gülümsəyərək, – xalasına: sizin kimi gözəl xala – ana, tərbiyəsi almış bəy əfəndidən, işdən kənar başqa söz soruşmağa ehtiyac yoxdur. Nicat qıza təşəkkür etdi. Qız – Nicata: adım Elzadır, ayağa qalxıb əlini uzatdı. Nicat tez ayağa qalxıb, qızın əlini sıxaraq – qıza: tanışdığımıza sevindim, Elza xanım. Ailəmə qarşı olan hörmətinizə görə, bir daha təşəkkür edirəm. İşimdə hər zamanki kimi, canla – başla çalışacam. Xalasıda ayağa qalxıb, qızın əlini sıxaraq, Allah sizdən razı olsun qızım. Anan gözəl tərbiyələndirmiş səni. Mənim adımdan, mütləq anana çatdırasan təşəkkürümüzü. Qızın Nicatdan xoşu gəldiyi, baxışlarından anlaşılırdı.

Правообладателям