Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 118

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

118 страница из 129

Aylın dərindən nəfəs alıb, Sərdarın özündən uşaq kimi küsüb danışmamasına əsəbləşsədə, artıq bir söz demədən, sakitcə yanan ocağa baxdı. Sərdar öz çayını götürüb, yenə Aylına təşəkkür etmədən, sakit – sakit içdi. Aylın baxdı, artıq söz demədi, desədə cavab vermirdi, Sərdar incimişdi.


Nicatla xalası iş danışmaqçün gəlmişdilər, başqa şirkətə. Gözlüyürdülər içəri dəvət olunacaqlarını. Nicat – xalasına: bax mənə inanmadın, bura qədər gəldin yoruldun xala. Xalası gülümsəyərək, – Nicata: mənə xoşdur oğlum, sən heç narahat olma. Az vaxtdan qapı açıldı, içəri dəvət olundular. Nicat xalasının qolundan tutub, qalxmağa yardım etdi, qapıdan birinci xalasının keçməsini gözlədi. Xalasının ardınca içəri keçib, qapını örtdü.

Masa arxasında cavan bir qız əyləşmişdi. Başını qaldırmadan, – olara: buyurun əyləşin. Nicat birinci xalasının əyləşməsini gözlədi, sonra özü keçib əyləşdi. Qız qarşısındakı kağıza nə isə yazırdı, – bunlara: bir dəqiqə üzür istəyirəm. Xalası Niacta baxdı. Nicat gülümsəyərək işarə etdi ki, belə olur iş yerində, fikir verməsin. Xalası dözmədi, əyilib pıçıltıyla – Nicata: Aylın qızımın hörmətinə, kimsənin hünəri deyil yetişə. Qız duydu, başını qaldırıb baxdı Nicatla xalasına. Qarşısındakı kağızı kənara qoyub gülümsəyərək, – Nicata: adınız Nicatdır, elə deyilmi? – qıza: bəli düzdür xanım. Yanımdakı isə doğma xalamdır, əslində anamda sayılır. Mənə dayaq olmaqçün, mənimlə gəldi. Qız gülümsəyərək, – xalasına: xoş gəlmişsizin. Xalası – qıza: xoş günün olsun qızım, bir söz deyəcəm məndən incimə. Qız gülümsəyərək, – xalasına: əgər sizə baxmadan işimi bitirməkçün məşğul olduğumu deyəcəksinizsə, haqlısınız, üzür istəyirəm sizdən.

Правообладателям