Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 115

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

115 страница из 129


Afət xalasının sözündən çıxa bilmirdi Nicat. Çox əsəbi olmuşdu, sonunçu etdiyi səhv hərəkətdən sonra. Xalası heç gözündən qoymurdu ki, Nicat yenə bir tərslik edib, Aylının anasının gözündən tam düşsün. Nicat geyinib gəldi, xalası əyləşmişdi. Xalası – Nicata: oğlum xeyir ola? Nicat gəlib xalasının yanında əyləşdi. Nicat – xalasına: işlə əlaqədar görüşməliyəm xalacan. Artıq evdə qalan axlımda gedir, darıxıram. Əgər mənə inanmırsansa, birlikdə gedək iş haqqında danışım. Mənə uyğun işdirsə, sabahdan işə başlamaq istəyirəm. Nicatın belə axıllı danışması, xalasının xoşuna gəlsədə, yenədə etibar etmədi. Xalası – Nixata: tamam mənim axllı balam, birlikdə gedək. Nicat xalasının özünə etibar etməməsinə gülümsəyib, baxdı.

Aylını Sərdar tanımadığı bir yerə gətirdi. Maşını saxlayıb – Aylına: burası məncə xoşuna gələcək canım. Maşının qapısını açıb düşüb, gəlib Aylın tərəfin qapısını açıb düşməsini gözlədi. Aylın ehtiyat kəmərini açıb yerə düşmək istəsədə, kəmər tərsə döndü, çıxmırdı yerindən. Aylın əsəbləşib – Sərdara: min dəfə demişəm, mənə bu zibili taxmağa məcbur etmə. Sərdar əyilib baxdı, – Aylına: dur mən yardım edim, sakit ol. Kəməri çox alışsada, yerindən çıxara bilmədi. Aylın dahada sıxıldı, – Sərdara: hava almağa çıxardın deyib, qapandın üstümə, çəkil mən baxaram. Sərdarın xətrinə dəydi, Aylının özünə qarşı etdiyi kobutluq. Bir söz demədən, cibindən pıcaq çıxarıb əsəblə kəməri kəsib, qırağa çəkildi. Sərdar – Aylına: yardım etməyə çalışırdım bağışla, əsəblə getdi. Aylın bir anlıq, Sərdara qarşı kobut davranışından peşman oldu. Maşından enib ətrafa baxdı, gərçəkdən gözəl yer idi.

Правообладателям