Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
17 страница из 129
Yollarda gecə başqalarının qollarındasan, görmürmü o? Ümidin nəlayiq sözünə Sərdar əsəbləşdi. Ümidi tutub vurmağa başladı, sən kim olursan? sənə tərbiyə verən olmadımı, gəl bura. Aylın Sərdarın əlindən qardaşını almağa çalışırdı – Sərdara: vurma Sərdar burax. Sərdar elə əsəbləşmişdi ki, qulaqları heçnə duymurdu. Ümiddə boş qalmırdı, Sərdara vuraraq özünü qorumağa çalışsada, Sərdara gücü yetmirdi. Aylın gördü Sərdar qardaşının ağzını – burnunu qanadıb, bağırdı! – Sərdara: bəsdi dedim, burax o mənim qardaşımdır. Sərdarın yumuruq sıxmış əli göydə qaldı duyduğunda. Sərdar – Aylına: qardaşınmı? dərindən – dərindən nəfəs alaraq, Ümidin yaxasını buraxdı. Ümid əlbətddə bilmirdi ki, Aylın yalan demirdi qardaşı olduğunu. Ümid elə düşündü ki, Aylın özünü qurtarmaqçün elə deyir. Bu an istifadə edib, Sərdar Aylına baxdığı an, Sərdarın üzündən yumuruq, qarnındanda təpiklə vurub, yumuruqlayaraq yerə yıxdı. Sərdar Ümidi artıq vurmaq istəmirdi.
Aylın tez Ümidi kənara itələyib bağırdı! – Ümidə: Ümid dedim bəsdir, eşitmirsənmi? Ümidin qulaqları duymurdu sanki. Ağzının – burnunu qanını silib, əlinə bulaşmış qanı gördüyündə dahada əsəbləşdi. Aylını kənara itələyib, ayağa qalxmağa çalışan Sərdarın qarnından təpikləyib yıxaraq, pis – pis vurmağa başladı. Aylın gəlib Ümidi ayırmağa çalışsada, gücünün yetmədiyini görünçə, çarəsiz Ümidin üzündən bəsdir deyib, tutarlı bir şillə ilişdirdi.