Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
15 страница из 129
Aylın ayağa qalxıb nə edəcəyini, nə deyəcəyini bilmədi. Sanki boğazından ikki əllə tutub boğurdular, nəfəsi daralırdı, tez otaqdan çıxıb getdi. Sərdar – Nicata: Aylının ardınca dışarı getməyi axlına belə gətirmə, hamımız izlənirik. Nicat Aylının getməsinə elə yandı ki, gözlərini yumub öz – özünə: Allah mənim cəzamı indi verdi. Sərdar ayağa qalxıb – olara: hər kəs əlinə səbrini cilovlayacaq aydındırmı?
Sərdarın üzündə elə ciddi bir ifadə var idi ki, otaqdan çıxıb getdi. Nicatın durumuna Dilqəmlə Ramiz acıyırdılar, indi onun yerində kimsə olmaq istəməzdi. Çox acıtıcı bir durumu var idi. Ramiz – Dilqəmə: gərçəkdən bravo, o alçaq odsuz canımızı yandıra bildi.
Sərdar arxasınca evdən çıxsada, Aylını tapa bilmirdi. Kor – peşman ətrafa baxırdı, öz -özünə: ax Aylın axxx. Mən kimə nə deyirəm axı? başqa tərəfə qaçaraq getdi ki, bəlkə ardınça yetişə bilərmi.
Aylın qollarını bir – birinə qısıb gedirdi yolun kənarıyla. Sərdarın atasının ölümünədə qarışıq işləri səbəb olduğuna görə, çox üzülürdü. Öz – özünə: çox uzandı bu iş, belə olmayacaq artıq. Mən sənə göstərəcəm, günahsız insanların üstündən qurduğun o lənətə gəlmiş planların qarışıq səni məhv etməssəm, bu an qolundan Sərdar tutub saxladı. Sərdar – Aylına: dediklərim sənədə aitdir Aylın xanım, unutdunmu? Aylın xəcalətindən Sərdarın üzünə baxa bilmədi. Aylın – Sərdara: burax qolumu, tək qalmaq istəyirəm. Sərdar – Aylına: canım dedim axı izlənirik. Aylın əsəbləşib bağırdı! cəhənnəm olsun izlənmələrim filan, eşidirsənmi? Bayaq dedin, birinizdən – biriniz səh edərsəniz məni yaşatmayacaq o tip. Sən elə demədinmmi? artıq kimsənin səhv etməyini gözləməyəvəm. Hadi gəlsin vursun, qolunu əlindən dartıb çıxaraq, qollarını açıb bağırdı. Eşidirsənmi Fazil satqını, vurdur hadi qarşındayam, ver ölüm əmrimi qorxmuram səndən. Sərdar tez Aylını özünə tərəf çəkib qucaqlayıb tutdu ki, bağırmasın səsini duymasınlar. Aylın yenə susmadı bağırdı! – Sərdara: buraxsana niyə tutursan məni? vursun qoyulsun nöqtəsi, artıq yoruldum. Sərdar əliylə Aylının ağzını tutub, bağırmasına əngəl olmağa çalışırdı. Aylın dartınsada, Sərdar ağzını tutaraq özünə tərəf sıxıb tutaraq, sakitləşdirməyə çalışırdı, sus Aylın bəsdir. Bu zaman yanlarında maşın saxladı.