Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
16 страница из 129
Sərdar elə bildi Fazil itinin adamlarıdı, əlini silahına atıb hazır saxladı ki, Aylını qoruya bilsin bacardığı qədər. Maşından Ümid endi, – Sərdara: sən nə edirsən? Aylını tanıyıb maşını saxlamışdı. Sərdar tanımadı onu, – Ümidə: yox bir şey yoluna get sən. Aylın qardaşını görmürdü, üzünü Sərdar sinəsinə tutub sıxıb tutduğuna görə. Ümid – Sərdara: necə yox bir şey? gəlib Aylının qolundan tutub, Sərdardan çəkməyə çalışdı. Sərdar əsəbləşib Ümidin ağzının üstündən bir yumuruq gəldi. Sərdar – Ümidə: sən kimsən ona toxunursan? demədim çək get yoluna? Ümid Aylının başqa birisinin təcəvüzünə uğradığını düşündü. Ümid – Sərdara: ay səni şərəfsiz. Aylının qolundan tutub Sərdardan qırağa çəkərək, Sərdara turtarlı yumuruqlar ilişdirdi.
Aylın elə bil yuxudan ayıldı, qardaşını görüb pərt oldu. Aylın – Ümidə: Ümid vurma, nə edirsən dur. Sərdara yaxşıca tutmuşdu yumuruqları. Aylın Ümidi Sərdardan dartaraq, tez sinəsinə qısılıb qucaqladı. Qarşısını kəsməyə çalışdı, – Ümidə: dur qardaşım nə olar vurma. Ümid elə əsəbləşmişdi, – Aylına: nə qardaş – qardaş salmısan? mən sənin gərçək qardaşın olsaydım, inan səni burdaca salardım təpiyimin altına. Sənin yaşadığın Nicat tipi yoxmu? hardadır o indi.