Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 12

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

12 страница из 129

Qapı açıldı içəri Sərdar girdi, gəlib stulu götürüb tərsinə çevirib, üz – üzə əyləşdı. Sərdar – Nicata: indi deyəcəklərimi qulaqlarını açda, yaxşı – yaxşı dinlə məni. Sənin içəridən çıxdığını Fazil iti bilmir, anladınmı? ortalıqlarda gözə görsənməyəcəksən. Sənə bunu etməklə onun planı budur, Aylının ətrafındakı təmizləyərək, Aylını zəyiflətmək istəyir. Fazil sənin içəridə olduğunu düşünüb, mənə yaxınlaşacaq. Mən ona lazımam və planında çoxdan məndə varam, onun əli hər yerə çatır bilirik. Artıq onun xəstə – manyak olduğunu unutmamalısınız. Ramiz – Sərdara: mənə bir şey maraqlıdır, niyə sən varsan planında?

Sərdarın üzünün ifadəsi dəyişdi, – Ramizə: artıq hamı gərçəkləri bilsin, mənim bura gəlməyimdə o tipin əli var. Aylın qarışıq hər kəs, Sərdara baxdılar təcüblə. Aylın – Sərdara: anlamadım, bu nə deməkdir? Sərdar – Aylına: Aylın sən o tipi öldürərsənsə, sənə halallıq vermərəm bunu bil. Nicat – Sərdara: sən nə danışırsan? dur bir dəqiqə, nə dedin? sənin bura gəlməyində onun əlimi var?

Sərdar – Nicata: o mənim atamın qatilidir. Atamı o öldürtmüş ki, mən tək qalım və Aylına gəlim. Baxsanız çoxda gözəl alınır, qurduğu planları tək – tək işinə yarayır. Səni məni vurdutmaqçün göndərməsidə, qurduğu planlarından birisi idi. Fazil yazdığı senaryodan kənar iş görmür çox səbirlidir, böyük səbirə nail ola bildiyiçündə, hər qurduğu tələyə tək – tək Aylına yaxın olanları sala bilir. Bax sənində başına girmədi, getdin aldandın ona, az qalsın özünü yandıracaqdın. Aylının valideyinləri təsadüfən aftomobil qəzasına düşməyiblər. Maraqlı deyilmi? niyə indiyə qədər oların üstünə yük maşınını sürəni tapmayıblar. Düşünürsünüz budamı təsadüfdür? o manyak Aylının doğulduğu günündən planılarını qurdu. İstədiyinə qadir olacağı günlərinə qədər, gözəl senaryo yazmış özüçün bravo, qızıl qlobusa layiqdir fikirləşib qurduqları. Aylın ağzını tutub – Sərdara: mən təxmin etmişdim, onun əlinin olduğunu anam gilin ölümündə. Sən mənə atanı öldürtdüyünü indimi deyirsən? niyə mənə bunu gəldiyin günü demədin.

Правообладателям