Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
38 страница из 129
Sərdara Aylının oyaq olduğunu görüb, gəlib yanında əyləşdi, bir saat var canım. Sabahın xeyir, yatmadınmı? Aylın yerində dönüb, – Sərdara: hansı sabahımız xeyir oldu ki?
Sərdar – Aylına: məndə unutdum canım, çoxdandı xeyirli sabahların üzünə həsrətəm. Aylın görürdü, Sərdarda çox üzülürdü bütün olanlardan. Aylın – Sərdara: işə gec qalmayaq, qalxdı yerində əyləşdi. Sərdarın qoluna – qolunu vurub zarafatla, Sərdar bəy bu nə qonaq pərvərsizlikdir? qalxda iki acı qəhvə sifariş et, işdə masada mürgülüməyək. Kim bilir bəlkə bu gün möcüzə olar, başqa günlərdən fərqlənər, sabahımız – günümüz xeyirli olar. Aylın qalxıb getdi vanna otağına. Sərdar çoxdan bələd idi Aylının xasiyyətinə, nə qədər üzgün olsada, içi qan ağlasada, başqalarının üzülməməsiçün əlindən gələni edərək, zarafatından qalmırdı. Sərdar gülümsəyib, öz – özünə: canım ya sən başqa aləmsən, qalxıb getdi qəhvə sifariş etməkçün.
Nicat gizlin yorğanın altına yastıqları düzərək, yorğanın altındakının özünün olduğunu bilsin deyə. Xalasını aldadıb, evdən Aylını görməkçün qaçmaq fikrinə gəlmişdi. Bir daha kənardan dayanıb baxdı özü düzəldən adam formalı postelinə, öz – özünə: bağışla xalacan başqa çarəm qalmadı. Onu görməsəm ürəyim dayanar. Nicat qara açkilərini, açarlarını, götürüb ətrafa nəzər salıb, qapıdan çıxdı ehtiyatla. Xalası mətbəxtdə səhər yeməyini hazırlayırdı Nazlıçün. Nicat ehtiyatlı addımlarla xalası görməsin deyə qapıya gəlib, çox ehmalca qapını açıb çıxdı dışarı. Xalası məsbəxtdə olduğundan, duymadı Nicatın getdiyini.