Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 37

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

37 страница из 129


Sərdar yuyunub saçını dəsmalla qurulaya – qurulaya gəldi. Aylın oturmuşdu, kefsiz mesajlaşırdı. Sərdar – Aylına: canım qalx bir duş al rahatlan, yorğunsan yatmağın lazımdır. Aylın cavab vermədən, əlində telefonla sakit qaldı. Sərdar gəlib əlindən telefonu götürüb masaya qoydu, qolundan tutub qaldırdı – Aylına: məni duyursanmı?

Aylın elə bir vəziyyətdə idi ki, bilmirdi nə etsin, nə desin. Birdən alnını Sərdarın sinəsinə qoyub ağladı. Sərdarın canından – can getdi, Aylının bu halı çox üzücü idi. Qucaqlayıb bərk – bərk özünə sıxıb, üzünü saçlarına qısaraq, – Aylına: sənin göz yaşlarına səbəb olan o… sonuna az qaldı, səbir et canım. Aylın Sərdardan ayrılıb, göz yaşlarını silərək getdi vannaya. Sərdar dərindən nəfəs alıb öz – özünə: Allah mənim cəzamı versin, səni qoruyu bilmədiyim. Əyləşib, ikki əlləriylə başını tutub üzgün – əsəbi baxdı.


Beləcə səhər açıldı, Sərdar səhərə qədər yata bilməmişdi. Aylın yorğunluqdan gec yuxuya düşmüşdü. Sərdar yerindən qalxıb, gəlib yatan Aylına baxdı peşman – üzgün baxışlarla. Aylın -Sərdara: iş vaxtına nə qədər var?

Правообладателям