Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
41 страница из 129
Aylın istəmirdi yenədə qardaşı Sərdarı əsəbləşdirsin, vurulsun. Sərdarın maşınına tərəf gedirdi, birdən Ümid bir addım geri çəkilib belindən silah çıxarıb Aylına tərəf tuşladı. Ümid – Aylına: dedim mənimlə gəlirsən, bağırdı. Sərdar bir anda təcüblə baxa qaldı, Ümidin Aylına silah çəkməsinə. Aylın qardaşı bağırdığında dönüb baxdı, əlindəki özünə tərəf turşlanmış silahı görüncə, təcüblə Sərdara – Ümidə baxdı.
Sərdar həyacan kecirirdi, qorxurdu Ümid dəlilik edər, bilmədən əlindən xata çıxardı bacısına qarşı. Sərdar – Ümidə: sal silahı aşağı, nə edirsən sən? Ümid – Aylına: dedim keç maşınıma əyləş. Aylın qardaşına tərəf gəlib, özünə tərəf turşlamış silahı ürəyinin üsünə dayayıb dayandı. Aylın – Ümidə: çək tətiyə hallalıq verirəm, qorxma vur.
Ümid Aylının belə etməsindən dahada əsəbləşdi, silahı əlində bərk – bərk sıxıb tutdu. Ümid əsəblə – Aylına: bir daha təkrar etməyəcəm, maşına əyləş dedim. Sərdarın ürəyi elə döyünürdü ki, sanki indi yerindən çıxacaqdı. Sərdar -Ümidə: axlın başına topla, sal dedim silahı aşağı. Aylın – Ümidə: əsil kişilərə ayit məsəl var, duydunmu qardaşım? duymadısa deyim. Əğər özünü kişi sayıb, silahını qarşısındakını vurmaq niyyətiylə qaldırdınsa, mütləq vurmalısan. Əks halda vurmağa cəsarətin çatmasa, o əlindəki silahını bir daha belinə təkrar qoymağın kişiliyinə ziddir. Aylının bu sözündən Ümid axlını yerindən elə oynatdı. Sərdar anladı, Ümid barmağını basacaq tətiyə, bagırdı! Ümid qarşındakı doğma bacındır, Ümid sal dedim silahı aşağı. Ümidin üzünün ifadəsi dəyişdi, – Sərdara: bağıraraq! bəsdir, nə sayaqlayırsınız siz? nə bacısı, nə doğması?