Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
42 страница из 129
Aylın – Sərdara: sus Sərdar qarışma, vursunda canım qurtarsın zülümdən, yoruldum gərçəkdən yoruldum. Aylın birdən Ümidin əlinin üstündən silaha əlini tutaraq, – Ümidə: çək tətiyə qardaşım kimsəni dinləmə. Ümid bir anlıq qaldı şaşıraraq. Bu nə demək idi? – Aylına: siz hamınız başdan xarabsınızmı? – Sərdara: nə bacısı sən nə danışırsan? Aylın – Ümidə: sən onu dinləmə, bax çəkdiyim məsəldən nəticə çıxar, məndə sənə yardım edirəm çək tətiyə qorxma. Sərdara bağırdı! – Aylına: Aylın etmə canım mən sənsiz yaşamaram, dur nə olur dur yalvarıram. Sərdar bilirdi, Aylın gözünü qırpmadan qıyardı özünə, hər zamandakı kimi. Gözlərindən yaş süzüldü, titrək səslə – Aylına: etmə canım, qıyma qardaşına qatilin olsun. Sərdar – Ümidə: anana – atana yalan dedilər qızları ölmüş deyə. Kimsənin başı xarab deyil, qarşındakı doğmaca bacındır inan mənə, Ümidi elə bil yerdən – yerə çırpdılar, -Sərdara: nəə? silahı tutmuş əli əsdi. Sərdar çox ehtiyatlı hərəkətlə, Aylının əlini Ümidin əlinin üstündən çəkdi. Aylın kövrəldi, – Sərdara: nədən dedin? nədən qoymadın vursun? siz mənim rahat olmağımı istəmirsinizmi? Aylın əsəbindən, qəhərindən bağırdı. Sərdar tez Aylını qucaqlayıb sinəsinə sıxıb tutdu. Sərdar – Aylına: sən ölsən məndə yaşamaram bilirsən. Aylın əsəbindən ağladı Sərdarı qucaqlayıb. Ümid qalmışdı hələdə yerində donub, baxırdı. Sərdar Aylının üzündən – alnından öpərək, – Aylına: öləcəyiksədə birlikdə öləcəyik canım, duydunmu? birlikdə öləcəyik. Mən sənsiz yaşamaq fikrində deyiləm. Ümid bir neçə addım geri durub, baxdı Sərdara qısılıb ağlayan Aylına. Hələdə Sərdarın dediyi söz qulaqlarında cingildəyirdi, həyəcan və şüphə dolu baxışlarla baxarırdı. Ümid əlində tutmuş silahına nifrətlə baxıb kənara atdı, bir söz demədən qaçıb öz maşınına əyləşib, getdi sürəətlə.