Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 120

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

120 страница из 127

Qapı döyüldü, içəri Fəda girdi. Aylınla Ramiz Fədaya baxdılar. Fəda az qala, Aylınla Ramizin yaxın dayanmalarından səhv anlayacaqdı. Aylın – Ramizə: dedim tərk et buranı həmən. Ramiz əsəbləşdi, -Aylına: etməssəm nə edəcəksən? o dovşan ortağınımı çağıracaqsan? hanı o? deyirdi həmişə yanında olacam, hardadı qəhrəmanın? Ramiz Aylını ələ saldı.

Fəda otaqdan çıxmaq istəyirdi, Ramizin Aylına qarşı hədəsini duyub dönüb baxdı, qapını örtüb gəldi yaxına. Aylın xanım problemmi var? Ramiz – Fədaya: sənə nə? Fədanın xoşuna gəlmədi Ramizin danışığı. Sənə tərk et dedi Aylın xanım buranı, duymadınmı? Aylın bilirdi Ramizin tərbiyəsizliyini, dava edəcəkdi. Aylın Ramizin qolundan tutub, Ramiz çıx dedim, Aylından qolunu çəkib Fədaya yaxınlaşdı. Ramiz – Fədaya: səndə kimsən, mənə kimin nə deyib demədiyi səni …mi?

Ramizin tərbiyəsiz sözündən Aylın xəcalət çəkdi, kənara baxdı. Fəda cibindən kağız çıxarıb Aylına uzatdı, gözlərini Ramizdən çəkmədən. Bunu sizə çatdırmamı istədi Bayram bəy, Aylın kağızı götürüb masaya qoydu. Fəda bir anda Ramizin burnundan alnıyla vurdu. Ramiz burnunu tutub bir – iki addım geri gedib, baxdı Fədaya. Fəda – Ramizə: sən tərbiyyə dərsindən 2 almısan görünür, ama mən sənə müəllimlik edərəm. Aylın ortaya girmək istəyirdi, Fəda çox cəld hərəkətlə Aylının özünün ardına çəkdi. Bu zaman Ramiz Fədaya vurmaqçün hücum etdi, yenə boşa çıxdı. Fəda bildiyi üsülla Ramizi masaya ağzı aşağ qapayıb, qollarını burdu arxasına tutdu, tərpənmə qıraram o qollarını. Aylın Fədaya təcüblə baxdı. Dünənki zarafatçıl – bekara insanda əsər – əlamət qlmamışdı. Fəda çox ciddi üz ifadəsiylə Ramizi tutumuşdu. Aylın xanım mən bunu indi ataram burdan, narahat olmayın. Ramizin qollarını ardına burub, otaqdan çıxardı. Ramiz onu hədələyirdi, sən bitdin – bitdin… sənin. Fəda Ramizi apardı kabinetdən.

Правообладателям