Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 25

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

25 страница из 127


Nicata qadını Sərdarın otağına gətirdi, qadın uşağı görüb gülümsəyib, yaxınlaşıb uşaqla danışdı, ayy bəy əfəndiymiş özü artıq. Nicat dayanıb qadına baxırdı, uşaqla davranışına – danışığına diqqət yetirirdi, qadın uşağı mehribanlıqla qucağına alıb danışdırdı. Sərdar bəy bundan sonra birgə çox vaxt keçirəcəyik səninlə. Mən Cansu, tanışdığımıza çox şadam, uşaqda qadına baxıb gülümsədi. Nicat uşağın gülümsəməsindən xoşlanıb, özüdə güldü, yaxınlaşıb – uşağa: aslan parçam sizə əmanət Cansu xanım. Ona gözünüz kimi baxın və maaşınızdan narazı qalmayacaqsınız. Cansu – Nicata: narahat olmayın Nicat bəy, xoşunuza gəlməssəm məni işimdən kənarlaşdırarsınız. Nicat qadına baxdı, qadının gözlərində etibar və güvən gördü. Gülümsəyərək, o zaman yeni işinizə xoş gəldiniz, qalan şeylərlədə mən sizi tanış edim.

Ramiz tibbi yardımın ardınca gəlib xəstaxanaya çatdı. Nazlını maşından düşürüb tez içəri apardılar, Dilqəmdə Nazlının yanında getmişdi. Ramizdə yetişib Diləqmlə bərabər yanında gedirdilər Nazlının. Qapıda oları saxladılar, siz burda gözləyin müayinə edək xəstəmizi, qapıları bağladılar. Dilqəm yıxılmamaqçün əliylə qapıdan tutub dayandı, Ramiz arxadan Dilqəmin çiyninə əlini qoyub ardında dayandı. Dilqəm dönüb Ramizi qucaqlayıb ağladı hönkürüb, ikisidə elə məhv olmuşdular ki, biri – birilərindən tutub zorla dayanırdılar ayaqda. Ramiz anasından sonra zorla özünü toparlamağa çalışırdı, bu xəbər onu yenidən məhv etdi, gözlərinin yaşı axırdı ağlayada bilmirdi. Nə olacaqdı Nazlının anasının halı? kim deyəcəkdi ona bu xəbəri? Ramiz gözlərini yumub dayandı bir anlıq.

Правообладателям