Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 22

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

22 страница из 127

Dilqəmin qulaqlarında cingilldədi Ramizin dediyi bu söz, Nazlı rak xəstəsidir, bir anlıq fikrini toplamağa çalışdı. Ramizə baxdı həyacan və qorxu dolu baxışlarla, nəə? Ramizdəndə betər Dilqəmə təsir etmişdi bu xəbər. Ramiz tez Dilqəmin boynundan tutub, özünə çəkib sıxıb tutdu. Dilqəmin ahı, ağlaşı Ramizin sinəsini elə göynətdi ki, çarəsizdi qardaşnın qarşısında. Ramiz tutub zorla saxlayırdı Diqəmi, yazıq Dilqəm elə ağlayırdı ki, Ramizin qollarından yerə yıxılacaqdı halı qutarırdı dözə bilmirdi. Nazlının haqda eşitdiyi həyatını məhv etdi bir anda. Ramiz Dilqəmi kresloya otuzdurdu zorla, Dilqəm əlləriylə başını tutub ağlayırdı. Dilqəm – Ramizə: mən onsuz ölərəm qardaşım, ölərəm yaşamaram eşidirsənmi? Ramiz Dilqəmin üzündən tutub – Dilqəmə: qardaşım varımızı satarıq onu qurtaracağıq qorxma sən. Qardaşım söz verirəm sakit ol, Ramiz Dilqəmə sakit ol desədə, özüdə zor dayanırdı gözlərindən yaş süzülürdü. Dilqəm heç çürə sakitləşə bilmirdi, Ramizdə elə pis olmuşdu ki bilmirdi nə etsin, canını verərdi qardaşının bu halını görməməsiçün. Dərindən – dərindən nəfəs alıb, kinli baxışlarla baxdı, Allah tək bizimmi həyatımıza yazılıb bu… yazılar? söydü əsəbindən.

Правообладателям