Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
27 страница из 127
Aylın otaqdan çıxıb bir addım getmişdi ki, qulağına səs gəldi, elə bildi ağlayan oğludu. Geri dönüb təlaşla getmək istəyirdi, Nicata çaxıldı dayandı. Nicat Aylının çiyinlərindən tutub baxdı, – Aylına: sakit ol canım hər şey yaxşıdır. Aylın Nicata elə yazıq baxışlarla baxdı ki, Nicatın ürəyi parçalandı. Aylını otağın qapısından biraz kənara apardı, cibindən telefonunu çıxarıb açıb göstərdi. Nicat – Aylına: elə bilirsən mən Sərdarı onunla elə – belə gözü bağlımı qoymuşam?
Aylın Nicatın telefonundan uşağın otağını izlədiyini götüb, baxdı ona. Nicat – Aylına: o tək sənə deyil, mənədə candır artıq, anlayırsanmı? qorxma canım. Sənin qədərdə mən onu qorumağa çalışıram bütün gücümlə, Aylının gözləri yaşardı. Nicat həqiqətən özünə və oğluna qarşı düşüncəli duyğusal idi, – Aylına: gördünmü canım? sakit ol gözüm üstlərindədir. Nicat gülümsəyərək, qolunu işarə etdi ki, Aylın qoluna girsin. Aylın Nicatın qoluna – qolunu mehribanlıqla salıb tutdu, getdilər yeməyə.
Dilqəm Nazlının yanında əyləşib saclarını sığallayırdı, yavaş səslə – Nazlıya: canım, canımın – canı, yaxşı olaçaqsan. Nazlıya deməmişdilər hələ pis xəstəliyi olduğunu. Nazlı – Dilqəmə: çox qorxdum! anama bir şey oldu düşündüm, bağışla canım sənidə qorxuzdum. Dilqəm Nazlının alnından öpüb, alnını – alnına dayayıb dayandı. Bilmirdi Nazlıya necə desin bunu, canı göynəyirdi – Nazlıya: canım burda qalacaqsan az vaxtlıq, – Dilqəmə: neçə saat? Dilqəm Nazlıya baxdı. Söz böğazında düyünlənib qalmışdı, deyə bilmirdi saat yox, hətta günlərdə yox, udqunub dərindən nəfəs alıb baxdı. Dilqəm -Nazlıya: sənin burda qalman lazımdır canım, bilmirəm necə gün çəkər, Nazlı gün dedikdə yerində oturdu. Şaşqın baxışlarla baxaraq – Diləqmə: sən nə danışırsan, nə gün? Dilqəm keyləşmişdi elə bil, sözlərini qurub düzgün cümləsini deyə bilmirdi. Canım gün yox, Nazlının baxdığını görüb baxışlarını qaçırtdı, Nazlı şüphələndi Dilqəmin baxışlarından, – Dilqəmə: canım məndən nə gizlədirsən? Dilqəmin sanki nəfəsi kəsilirdi, özünü pis hiss etdi.