Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 20

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

20 страница из 127

Nicat ayağa qalxdı, – Aylına: sən yat canım yorğunsan, Aylına yerinə uzanmağa yardım edib üstünü örtdü, yatan uşağa baxıb gülümsədi. Aylının gözləri bağlanırdı yorğunluqdan. Nicat Aylının alnından öpüb, pıçıltıyla – Aylına: söz vermə canım, çünkü qeyri mümkündür bu dediyin. Aylının gözləri bağlanmışdı, Nicat Aylının üzünə sığal çəkmək istəsədə, əlini saxladı toxunmadı. Dərindən nəfəs alıb, yavaş addımlarla otaqdan ışığı söndürüb çıxdı, ehtiyatla qapını örtüb getdi.

Nicat vanna otağına gəlib, suyu açıb güzgüdən özünə baxdı. Çox kövrəldi, öz – özünə: qeyri mümkündür canım söz vermə, səssiz – səssiz ağladı əlləriylə başını tutub. Nicata çox yazıq olmuşdu, canı yanmışdı yazığın.


Səhər açılmışdı, Nicat Aylından qabaq oyanıb, mətbəxtdə səhər yeməyini hazırlamışdı. Atasınında yeməyini verdmişdi işə gedincə. Aylın oyanıb gəldi mətbəxtdə. Nicatın masanı hazırladığını görüb – Nicata: sən niyə zəhmət çəkirsən mən varkən? Nicat qəhvələr süzürdü.

Aylının səsini eşidib gülümsədi. – Aylına: sabahın xeyir canım, gəl bu gün mən qulluq edəcəm sizə. Aylın – Nicata: sabahın xeyir gözəl insan, gəlib Nicatın süzdüyü qəhvələri götürüb yardım etmək istədi, Nicat qoymadı. Aylının qolundan tutub, mehribanlıqla masa arxasında otuzdurdu. Nicat – Aylına: dedim axı mən qulluq edəcəm sən əyləş, Aylının narahat olduğunu hiss etdi, nə düşündüyünü anladı. Nicat – Aylına: onunda yeməyini qəhvəsini vermişəm, sən rahat ol. Gəlib əyləşdi, qəhvənin birini Aylının qarşısına qoydu, Aylın təşəkkür etdi, əllərinə sağlıq dostum. Nicatı üzürdü hər dəfə Aylının ona dostum deməsi, ancaq Nicat nankör biri deyildi, bunada şükür edirdi ürəyində. Nicat – Aylına: nuş olsun, aslan parçam yatır hələ şirin – şirin. Aylın qəhvədən bir udum icib Nicata baxdı, – Aylına: sən yorğunsan bu gün istərsən evdə qal gəlmə işə, mən öfdəsindən gələrəm. Aylın dərindən nəfəs alıb – Nicata: elə söhbət yoxdur, bilirsən gələcəm işə və biz birlikdə çalışacağıq. Nicat çörək diliminə yağ – bal sürtüb Aylına uzatdı, o zaman al canım ye ki işləməyə halın olsun. Aylın çörək dilimini götürüb dişləyib yedi, – Nicata: o zaman özünədə hazırla mən məşğulam dostum, zarafat etdi. Nicat özünədə yağ – bal çəkib yedi gülümsəyib, ikisinində ürəklərndə dağlar qədər dərtləri olsada, biruzə verməməyə çalışırdılar.

Правообладателям