Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 23

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

23 страница из 127

Səsə içəri Nazlı gəldi, ikisinində pərişan – ağlayan görüb – olara: nə oldu? Nazlının səsinə ikisidə biri – birilərinə baxdılar, bir anda şok oldular. Necə deyə bilərdilər dünyanın işığına həsrət qalmış anasının, gözünün ağı – qarası olan bircəcik qızının xəstə olduğunu. Canlarından artıq sevdiklərinin rak xəstəliyinə tutulduğunu, necə deyəcəkdilər? çox çətin idi. Ramiz Dilqəmə baxışlarıyla bildirdi ki deməsin.

Ramiz dönüb – Nazlıya: heçnə olmadı bacım, bilirsən mənim ara – sıra dəliliklərim tutur, qardşımıda üzdüm ağlatdım. Nazlı qorxmuşdu! hiss edirdi səslərindən nə isə pis bir hadisə olmuşdu, onların ağlamalarından şüphəli – şüphəli baxırdı. Nazlının üzünə baxa bilmirdi Dilqəm, canı elə acıyırdı, elə bil bədəninə şişlər batırırdılar. Özünü sıxıb tutdu qollarıyla qorxmuş uşaq kimi, ağlayan səsini içinə saldı ki, Nazlı bilməsin. Əsirdi özündən bi ixtiyar,

Nazlı tez Dilqəmə yaxınlaşıb, onu qucaqlayıb özünə sıxdı, – Dilqəmə: nə oldu sənə canım? Dilqəm Nazlını qucaqlayada bilmirdi, qollarını buraxa bilmirdi özündən əsirdi. Nazlı dönüb Ramizə baxdı, Ramizin gözlərindən yaş süzüldü yanaqlarına. Nazlı anladı nə isə olmuşdu özünə demirdilər, birdən nəsə düşünüb – Ramizə: anammı? anasına nə isə olan bilib çox qorxdu. Dilqəm Nazlı anammı? dediyində elə ağladı ki, Nazlını qucaqlayıb. Ayağa qalxıb Nazlını üzündən, gözlərindən, öpə – öpə hər şey yaxşı olacaq canım, qorxma mən səninləyəm, gözlərinin yaşı sel kimi axırdı üzünə. Nazlı elə bildi anasına nə isə olmuşdu, bir anda qorxudan özündən kemindi Dilqəmin qollarında. Dilqəm Nazlını tutdu qoymadı yıxılsın, Ramiz qalmışdı baxa yerində donub. Dilqəm Nazlını səslədi, canım Nazlııı aç gözlərini, Nazlı özündən getmişdi duymurdu səslədiyini.

Правообладателям