Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
32 страница из 127
Ramiz Aylını xeyli vaxtdı görmürdü, Nazlını üzməməkçün sakit dayanırdı dilini dişlərinə sıxıb. Nazlının saçlarını sığallayıb titrək səslə – Nazlıya: canım bacım mənim. Nazlı Ramizin əlindən öpdü kövrəldi, – Ramizə: Dilqəm hara getdi? Ramiz yavaş səslə – Nazlıya: gələcək birazdan. Anasını apardı ananın yanına, tək qalmasın yazıq, Nazlı kövrəlib ağladı. Ramiz tez Nazlını qucaqlayıb tutdu sinəsinə qısıb, çarəsiz baxışlarla baxdı yazıq – yazıq.
Aylın Tahirə zəng edib, orda donur axtarmasını xayiş etdi. Nicatda kimlərələsə danışırdı telefonda, çox sağol gözləyirəm xəbər sağol, telefonu söndürüb Aylına baxdı. Aylın Tahirlə danışıb telefonu söndürüb baxdı kiməsə. Nicat Aylının baxdığı tərəfə baxdı, qaçaraq gələn üzgün – yorgün Dilqəmi görüb üzüldülər. Dilqəm yetişib qapını açınca dayanıb baxdı Aylına tərəf. Aylın Dilqəmin necə göz görə – görə məhv olduğunu görüb, dahada pis oldu. Dilqəm indi hər kəsdən yardım istəyirdi, baxışlarından bəlli idi, Aylın Dilqəmə ümid verici baxışlarla baxdı. Dilqəm qapıdan əlini çəkib, gəlib Aylına sarılıb ağladı. Nicat pis oldu, əliylə başını tutub kənara getdi, divara söykənib yerə çöküb qaldı baxa.