Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 9

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

9 страница из 127


Beləcə günlər keçirdi, Aylınla Nicat çalışmağa başlamışdılar. Aylın qucağında uşaqla şirkətdə Nicat tək qalmasın deyə, çalışırdı bacardığı qədər. İnternetə qoyduğu elanlanlarındanda maraqlanıb, gələn yeni işçilərdə vard idi şirkətdə. Nicat- Aylına: sənə bu şirkətdə göstərmədiyim bir syurprizim daha var. Aylın – Nicata: nəymiş dostum syurprizin? Nicat gəlib Aylının qucağından uşağı götürdü. Yuxarı qaldırıb uçurdaraq uşağı oynatdı, – uşağa: əmi səni uçurdaraq syurprizə götürsünmü?

Aylın Nicatın nə deyəcəyini gözləyirdi. Nicat – Aylına: buyurun Aylın xanım, xanımlar irəlidən, otaqdan çıxmasını gözlədi. Aylın başını narazılıqla sirkələyib gülümsəyərək, çıxdı otaqdan. Nicat – uşağa: Sərdar bəy xanımlara yol verilməlidir bunu unutma, ardınca otaqdan çıxdı.

Aylını şirkətdə göstərmədiyi bir otağın qapısına gətirdi, Aylın dayanıb baxdı qapıya. Nicat – Aylına: syurprizim burdadır aç qapını, Aylın əlini qapıya atıb Nicata baxdı. Nicat gülümsəyərək, – Aylına: aç – aç qorxma. Aylın qapını açıb içəri girdi, otağı görüb gözlərinə inanmadı, əlləriylə üzünü tutub baxdı ətrafa. Niçatda gəldi yanında dayanıb, – Aylına: bəyəndinmi Sərdar bəyin yeni otağını? Aylın Nicata baxdı, sevincindən bilmədi nə desin. Niçat uşağçün otaq hazırlatmışdı, otaqda hər şərait vardı uşağın baxılmasıçün. Yataq yerindən tutmuş, oyuncaqlarına kimi hər şey səliqə ilə qurulmuşdu. Nicat – uşağa: Sərdar bəy yeni otağına xoş gəldin, uşağın üzündən öpüb aparıb yerdə oyuncaqların yanında otuzdurdu, uşaq oyuncaqları götürməyə çalışdı. Nicat ayağa qalxıb gəlib Aylının yanında dayanıb baxdı uşağa, Aylının axlına gəlməzdi belə etmək şirkətdə. Nicat – Aylına: bir söz demədin canım, sevinmədinmi? Aylın sevincindən Ncatın boynunu qucaqladı. Nicat bir anda Aylının özünə sarılmasından həyəcanlandı, ürəyində qəribə hiss yaşandı. Ömründə hiss etmədiyi gözəl bir duyğu idi bu, Nicatda Aylının kürəyinə əliylə sığal çəkdi, özünə sıxdı qucaqladı.

Правообладателям