Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 10

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

10 страница из 81


Məlik içəri gəldi əlində məktubla, – arvada: xanım sizə məktub var, arvad divanda oturmuşdu üzündən zəhər yağırdı. Kobut davranışla – danışıqla – Məliyə: gətir nə durursan orada? Məlik gətirib məktubu arvada verib getmək istəyirdi, arvad səsldi. Çıx yuxarı təzə gələn başımın bəlasını bura çagır. Məlık anladı kimi deyirdi tez getdi, piləkənlərlə yuxarı çıxaraq tələsik addımlarla catıb qapını döydü. Aylin gəlib qapını açdı, – Aylına: bağışla qızım narahat etdim səni, xanım yanına çagırır. Məlik əlini uzatdı – Aylına: bayaq imkan olmadı qızım səninlə görüşməyə, adım Məlikdir, bir daha xoş gəldin səni gördüyümə çox sevindim. Uzun illərdir bu evdə çalışiram, dayına və ailəsinə sadiq biriyəm. Aylin Məliyin əlini sıxaraq, məndə şad oldum sizi görməyimə Məlik dayı. Sağlığında anam sizdən bəhs edərdi, çox hörmətçil insan olduğunuzu deyərdi. Kişinin gözləri doldu, – Aylına: sənin adını demışdı mənə rəhmətlik anan unutmadım. Qızıma Aylın adı verdim ki, adının mənası kimi həyatını işıqlı – parlaqlıqlı yaşamasını arzu etdim demişdi. Səni çox istəyirdi anan, məkanları cənnətlik olsun qəbirləri nurla dolsun inşallah, bir namərd səbəb olub həyatdan tez getdilər yazıqlar. Aylin ağlamamaqçün zorla saxlayırdı özünü, Allah olardan kəsən ömürlərini sənin ömrünə calasın qızım. Aylın – Məliyə: mənə oların ömürləri lazım deyil Məlik dayı, hər kəs verilən ömrünü yaşasaydı haqsızlıq olmazdı dünyada bu qədər. Məlik gözlərinin yaşını sildi, – Aylına: düz deyirsən qızım səninlə bu fikirdə razıyam, çox haqsızlıqlar edir bəzən bizlərə qarşı zalım fələk. Qismətimizdir qaçılmazdır deyib, vaxtsız dözülməz dərtlərlə düçar edir. Aylın qarşısında yaşlı insanın ağlamasını istəmirdi, – Məliyə: anam yanılmadı mənə Aylın adını qoymasında. Bir bilsə həyatım necə işıqlı – parlaqlı oldu oların ölümündən sonra, dərindən nəfəs alıb baxdı Məliyə. Aylın gördü kişinin əlləri əsir, tez söhbəti dəyişdi, bilmirsənmi xanım nəyçün çağırır məni? heç onunla üzləşmək istəmirəm. Məlik əsən əlləriylə gözlərinin yaşını silib – Aylına: bilmirəm qızım demədi səbəbini. Sənə kobutluqmu etdi gələn kimi? dayının xətrınə döz bir təhər yola ver qızım. Mən uzun illərdi burda çalışıram və, tək məni bu evə bağlayan Ramizin varlığıdır. Əlbəddə sözsüz birdə dayının mənə qarşı insan davranışıdır. Aylın dərindən nəfəs alaraq – Məliyə: indi burda olmağımın səbəbi elə dayıma görədir Məlik dayı. Oğlunu tanımıram görmədim heç, yəqin xanım kimi oda üstən aşağı baxandı bizim kimilərinə. Məlik – Aylına: yox – yox qızım Ramiz başqadır, gördüyündə sevəcəksən onun gözəl ürəyni. Aylın – Məliyə: o hələ kəsilməmiş qarpızdır gördüyümüzdə qiymətləndirərik, ancaq bunu deyim mən səni çox sevdim Məlik dayı. Məlik – Aylına: sağol qızım mənimçündə evlad sayılırsan, bundan sonra nə lazım olsa mənə de çəkinmə, tamammı? arvadın səsi gəldi bağıran. Nə oldu Məlik hansı cəhənnəmdəsiniz? harda qaldınız. Aylın – Məliyə: gedək Məlik dayı mən səbəb olub xanım sənidə acılmasın.

Правообладателям