Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
9 страница из 81
Kamil evə gəlib kefsiz öz otağına getdi, anası oğlunun gəldiyini görüb səslədi, Kamil oğlum gəldinmi? Kamil otağına getmişdi anasını duymadı, anası gəlib qapını döyüb içəri girdi. Kamilin kefsiz olduğunu görüb, xeyirdi oğlum? nə olub üzgün görünürsən, Kamil demək istəmədi olanları anasına. Anası oğlunun xasiyyətini bilirdi, ciddi bir şey olmasaydı oğlu belə kefsiz olmazdı. Kamil çarpayısında əyləşdi, anasıda gəlib oğlunun yanında əyləşdi. Oğlunun saçlarını sığalayıb mehribanlıqla, kim üzmüş mənim yaraşıqlı oğlumu? Kamil dərindən nəfəs alib – anasına: bu gün Ramiz məndən xayiş etdi ki, atasıyla başqa şəhərdən gələcək bibisi qızını qarşılayım. Anası gülümsəyərək, unutdunmu oları qarşılamağa? ona görəmi üzgünsən oğlum? – anasına: yox unutmadım qarşıladım, gəldilər evlərinə çatdırdım. Ancaq anlaya bilmirəm o günahsız qızın günahı nə idi? çatan kimi yazığı açıladı dayısı arvadı. Yazıq ata – anasını itirmiş yol qəzasında, indidə nənəsi rəhmətə getmiş tək qalmış, orda artıq doğmalarından kimsəsi yoxmuş. Sənubər xala ürək – dirək vermək əvəzinə qızı elə acıladı ki, qapıdan girər – girməz. Hələ bir ona hazırlayan otağı görsən, dəridnən nəfəs aldı danışmağada çətinlik çəkirdi. Ana çarpayıdan başqa heçnə yoxdur otaqda anlayırsanmı? paltarını asmağa belə yer yoxdur, bom – boş otaq hazırlamış vijdansız. O qız orda necə yaşayacaq ana? anası oğlunun könlünü almağa çalışdı, üzülmə oğlum tək deyil qız orda dayısı var, inanıram ki qoymaz onun xətrinə dəysin kimsə. Bax Ramiz yaxşı oğlandır, oda qıza göz – qulaq olar tək qoymazsınız. Səndə qızın yanında olarsan, vaxdın olanda şəhərə çıxararsan gəzməyə onunla, bizədə gətirərsən bacınla – bizimlə taniş olar başı qarışar. Sən üzülmə oğlum hər şey yaxşı olaçaq, tamammı? hər şey bu həyatda birdən yoluna düşərək düzəlmir təssüflər olsun, bəzən uzun zaman gərəkir nələrəsə layiq olmağımızçün. Allahımız səbir tələb edir bizlərdən, bir – birimizə dayaq olaraq insan olduğumuzu unutmamağımızçün, bəzəndə çətin sınaqlara çəkir bizləri. Kamil anasıni qucaqladı, hər kəsin anası sənin kimi anlayışlı olsaydı dünya cənnət olardı. Anasıda oğlunun üzündən öpüb saçlarını oxşadı, mənim kövrək ürəkli balam, gözümün ağı – qarası yaraşıqlı oğlum. Bütün anaların evladlarıda sənın kimi qanacaqlı – hörmətli olsaydılar, dünya gərçəkdən cənnət olardı. Çox təssüflər olsun ki insanlara başqa – başqa ürəklər verilmiş, sən üzülmə qalx yemək vaxtıdır oğlum. Kamil ayağa qalxdı və, mehribanlıqla anasına ayağa qalxmağa yardım etdi qolundan tutub. Anası oğluna verdiyi tərbiyələrini düzgün qavrayaraq hörmətçil – qayğıkeş olduğunu gördüyündə, hər dəfə qürur duyurdu. Oğluna baxıb gülümsədi, – anasına: yaxşı ki varsan canım anam, – Kamilə: hər şey yaxşı olacaq oğlum görəcəksən. Mən hər zaman yanındayam, indi isə gedək yeməyimizi yeyək. Kamil qolunu anasının boynuna salaraq, otaqdan çıxdılar mehriban davranışla.