Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
28 страница из 81
Kamildə tezdən yerindən qalxıb sportivni paltarını geyinib, idman etməkçün yola çıxıb qaçmaga başladı. Xeyli qaçdıqdan sonra dayanıb saatına baxdı, saat 6:20 – ni göstərirdi, yenə qaçmağa davam etsədə, fikrindın heç çıxmirdı Aylının dərtli üzü. Çox qaça bilmədi, dayanıb əllərini dizlərinə tutub əyilib başqa bir şey haqda düşünməyə çalışsada alınmırdı. Axlından çıxara bilmirdi, dərindən – dərindən nəfəs alıb yenə qaçmağa başladı.
Aylınla Məlik məzarlığa çatmışdılar, Aylın məzar daşına əl çəkib yavaş səsələ, mənim anam – atamda sizin olduğunuz yerdədirlər. Baxın mənim kimi Məlik dayıda tək qalmış həyatda bi çarə, nədən sevdiklərinizi yarı yolda buraxıb getdiniz. Məlik oğlunun məzar daşiı öpüb ağladı, sabahın xeyir oğlum, sabahın xeyir hər zaman gözəl ürəyə sahib olmuş can yoldaşım, yenə gəldim gördüyünüz kimi heç bir şey dəyişməmiş. Sizinlə hər sabah görüşüb – salamlaşıb bu mənasız həyatda yaşamağa davam edirəm, əgər buna yaşamaq demək olarsa. Aylın göz yaşlarına hakim ola bilmirdi, süzülüb yanaqlarından axırdı sel kimi, necə içi yandığını anlayırdı, alın yazıları çox oxşardı. İkisidə sevdiklərini ərkən itirmişdilər, eyni dərtdən alışıb yanirdılar məzarlara baxıb. Məlik göz yaşlarını silib – Aylına: qızım bəzən bu həyat çox qəddardir deyirik, ancaq başqa tərəfindən baxarsaq, insanlarıda acımasız – imansızdırlar və çox qəddardırlar. Bax sevdiklərimizi əlimizdən gözlərini qırpmadan aldılar apardılar o dünyaya. Qızım söz ver mənə, ananın ruhunun xətrinə and et ki kimsınin qarşısında sınmayacaqsan – yixılmayacaqsan. Oları sənə, sənidə olara həsrət qoyan şərəfsizi taparaq layiqi cavabını verəcəksən. Mənim gücüm yetmədi oğlumun qatilini tapım, yaşlı olduğumçün bacarmadım. Ancaq o kimdirsə hiss edirəm, çox imkanlılardan biri məndən aldı oğlumu vaxtsız. Mən onu Allahıma tapşırdım bildiyi kimi etsin inşallah, ancaq sən o şərəfsizi tapıb cəzalandırılmasını tələb edəcəksən qanundan. Günahsız valideyinlərinin qanı yerdə qalmayacaq, söz ver dediklərimdən güc alaraq həyata küsüb enilmədən, hər çətinliklərə sinə gələcəksən. Bəzən bizə təsəlli verməkçün bu imtahandır deyillər. Həyatda alnımıza yazılan qismətimizdir deyillər, çox inanmaq istəyirəm sənə, məndən fərqli olaraq sən yazılmış səhv və haqsız qismətlərin üstlərindən xətt çəkərək, haqq olana doğru addımlayacaqsan.