Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
27 страница из 81
Bilirsən artıq xasiyyətini, xanım oyandıqdan sonra burdan ayrılmağım biraz çətin olur, o üzdəndə tez gedib – gəlirəm ki, söz – söhbət etməsin. Axşam xanımın sənə dediklərini duydum, çox üzüldüm qızım. Ürəyimə azacıqda olsa rahatlıq gəldi, bilirsənmi niyə? Aylın susaraq baxdı, dayınla – Ramizi sənin tərəfində olduqlarını görməyim, bu yaralı ürəyimi azaçıqda olsa sakitləşdirir. Məsəl var, haqsızlığa çoxluq həmişə qalib gəlmiş demişlər. Haq olanlar burda yanında səninləyik, Aylın yavaş səslə – Məliyə: mən ana – evladın və ya əriylə aralarında dava olmasını istəmərəm. Ramiz çox yaxşıdır axşam danışdıq tanış olduq, anasına gərçəkdən bənzəmir pis xasiyyətindən. Mənimdə eyni sənin kimi yaralı ürəyimə azacıqda olsa məlhəm oldu Ramizin ona bənzəməməsi, əks halda dayım çox yazıq olardı əllərində qalardı. Bu ailənin mənə görə dağılmasını və davalaşaraq bir – birinə girməsinə razı ola bilmərəm. Mən səninlə doğmalarını ziyarətə gələ bilərəmmi? kişinin gözləri yaşardı Aylının sözlərini duyunca. Əlbəttə qızım bilərsən, yol yoldaşı olarıq bir – birimizə, birazda söhbət edərik dərtləşərik səninlə. Xanım oyanınca qayıdarıq, – Məliyə: o zaman gedək yubanmayaq bizim əjdaha oyanınca, Aylınla həyətdən çıxıb getdilər.